Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı: Təqsirləri sübutlarla təsdiqlənib  
  • Ölkə

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı: Təqsirləri sübutlarla təsdiqlənib  

LIVE PRESS 04/11/2025
ermənistan-vətəndaslarinin-məhkəməsində-prokurorlar-ittiham-cixisina-basladi:-təqsirləri-subutlarla-təsdiqlənib  

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı: Təqsirləri sübutlarla təsdiqlənib  

Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, məhkəmədə ittiham çıxışı üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub. Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: “Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb”.

Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək.

Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin rolunu təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.

Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində rol sahibi olan şəxslərin yalnız bir qismidir.

Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.

V.Əliyev ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.

Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  
Next: “Çelsi”nin futbolçusu: “Qarabağ”la oyun bizim üçün çox vacibdir  

Related Stories

“orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

LIVE PRESS 04/11/2025
komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir  
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

LIVE PRESS 04/11/2025
dunya-birjalarinda-neft-ucuzlasib
  • Ölkə

Dünya birjalarında neft ucuzlaşıb

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • “Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti
  • Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  
  • Dünya birjalarında neft ucuzlaşıb
  • Sənətini tezliklə Qubadlıda davam etdirəcək
  • Ermənistan iqtidarı kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti “orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti 1
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

04/11/2025
Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır   komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir   2
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

04/11/2025
Dünya birjalarında neft ucuzlaşıb dunya-birjalarinda-neft-ucuzlasib 3
  • Ölkə

Dünya birjalarında neft ucuzlaşıb

04/11/2025
Sənətini tezliklə Qubadlıda davam etdirəcək sənətini-tezliklə-qubadlida-davam-etdirəcək 4
  • Ölkə

Sənətini tezliklə Qubadlıda davam etdirəcək

04/11/2025
Ermənistan iqtidarı kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır ermənistan-iqtidari-kilsə-və-revansistlərə-qarsi-daha-qətiyyətli-addimlar-atir 5
  • Ölkə

Ermənistan iqtidarı kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır

04/11/2025

Bir daha bax

“orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

LIVE PRESS 04/11/2025
komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir  
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

LIVE PRESS 04/11/2025
dunya-birjalarinda-neft-ucuzlasib
  • Ölkə

Dünya birjalarında neft ucuzlaşıb

LIVE PRESS 04/11/2025
sənətini-tezliklə-qubadlida-davam-etdirəcək
  • Ölkə

Sənətini tezliklə Qubadlıda davam etdirəcək

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • “Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti
  • Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  
  • Dünya birjalarında neft ucuzlaşıb
  • Sənətini tezliklə Qubadlıda davam etdirəcək
  • Ermənistan iqtidarı kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.