
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub.
AZƏRTAC xəbər verir ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. Məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir.
əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək, Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.
Qeyd edək ki, kubok sentyabrın 21-də final yarışından sonra qaliblərə təqdim olunacaq.