
Gürcüstanda iki siyasətçi və bir televiziya rəhbəri saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Vahid Milli Hərəkat” partiyasının Siyasi Şurasının sədri Levan Xabeişvilini saxlayıb.
AZƏRTAC xəbər verir ki, L. Xabeişvili “Formula” televiziya kanalının qarşısında tutulub.
Bundan bir qədər sonra isə həmin telekanalın rəhbəri Mixail Mşvildadze saxlanılıb.
Bu gün, həmçinin “Dəyişikliklər Koalisiyası”nın üzvü Murtaz Zodelava da tutularaq DTX-nin binasına aparılıb.