Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir
  • Ölkə

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

LIVE PRESS 24/01/2026 3 minutes read
hərbi-attase:-azərbaycan-və-turkiyə-səhidləri-cəsarət-və-fədakarliq-mucəssəməsidir

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

Azərbaycanın Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov Türkiyənin bir neçə əyalətində Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsində həlak olan hərbçilərin ailələrini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, general-mayor Zeynalov bu ziyarətlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə birlikdə olub.

Azərbaycanın hərbi attaşesi Kırklareli vilayətinin Lüleburqaz şəhərində şəhid baş gizir Berkay Karacanın ailəsi ilə söhbətində ölkəmizdə Türkiyə və Azərbaycan qəhrəmanları arasında heç bir fərq qoyulmadığını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı şəhidin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verib, hər bir hərbçinin Vətən uğrunda canından keçməyə hazır olduğunu qeyd edib. Sonra iki qardaş ölkənin şəhidlərinin xatirəsinə dualar oxunub, Türkiyə ilə Azərbaycanın qardaşlığının və birliyinin rəmzi olaraq, qəhrəmanın ailəsinə Azərbaycan Bayrağı təqdim edilib.

Eskişehir vilayətində general-mayor Z. Zeynalov Türkiyə Silahlı Qüvvələrinin baş leytenantı Emre Mercanın ailəsi ilə görüşüb. Hərbi attaşe şəhidin ailəsinə başsağlığı verib, qəhrəmanın babasına Azərbaycan Bayrağını təqdim edib. Vətən Müharibəsi Qəhrəmanı şəhidlərin Azərbaycan və Türkiyədə hər bir vətəndaş üçün cəsarət və fədakarlıq mücəssəməsi olaraq qaldığını vurğulayıb.

Hərbi attaşe daha sonra Tekirdağ vilayətinə gedib və orada baş gizir İlker Aykutun ailəsini ziyarət edib. Balıkesir vilayətində general-mayor Z. Zeynalov baş gizir Emre Sayının ailəsinə başsağlığı verib, Bilecik vilayətində baş gizir İlhan Onqanın xatirəsini yad edib, İstanbulda isə şəhid Gökhan Korkmazın doğmalarını ziyarət edib.

Bursa vilayətinin Yenişehir şəhərində Türkiyə Hərbi Hava Qüvvələri mayoru Serdar Uslunun xatirəsi anılıb.

Qəhrəman hərbçilərin ailə üzvləri və dostları şəhidlərin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür ediblər.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Cəmiyyət öz gücünü birləşdirərsə…
Next: Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Related Stories

azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2025-ci-il-24-fevral-tarixli-46-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“lisenziyalar-və-icazələr-haqqinda”-azərbaycan-respublikasi-qanununun-2-nomrəli-əlavəsinin-6-ci-və-7-ci-maddələrində-nəzərdə-tutulan-fəaliyyət-n
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

LIVE PRESS 24/01/2026 0
ali-məhkəmə-plenumunun-2025-ci-ilin-yekunlarina-həsr-olunmus-iclasi-kecirilib
  • Ölkə

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

LIVE PRESS 24/01/2026 0
cəmiyyət-oz-gucunu-birləsdirərsə…
  • Ölkə

Cəmiyyət öz gücünü birləşdirərsə…

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”
  • Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi
  • Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər
  • Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir” ernest-muci-fatih-tekkeyə-minnətdardir:-“hər-məsqci-bunu-etmir” 1
  • Idman

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”

24/01/2026 0
Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi samsunspor-kocaelispor-matcinda-qol-vurulmadi:-2,5-ayliq-həsrət-davam-etdi 2
  • Idman

Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi

24/01/2026 0
Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər fənərbaxca-matci-oncəsi-tayfur-bingoldən-kocaelispora-pis-xəbər 3
  • Idman

Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər

24/01/2026 0
Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq” nuri-sahin:-“qələbəni-haqq-edən-tərəf-biz-olduq” 4
  • Idman

Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”

24/01/2026 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2025-ci-il-24-fevral-tarixli-46-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“lisenziyalar-və-icazələr-haqqinda”-azərbaycan-respublikasi-qanununun-2-nomrəli-əlavəsinin-6-ci-və-7-ci-maddələrində-nəzərdə-tutulan-fəaliyyət-n 5
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

24/01/2026 0

Bir daha bax

ernest-muci-fatih-tekkeyə-minnətdardir:-“hər-məsqci-bunu-etmir”
  • Idman

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”

Jurnalist 24/01/2026 0
samsunspor-kocaelispor-matcinda-qol-vurulmadi:-2,5-ayliq-həsrət-davam-etdi
  • Idman

Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi

Jurnalist 24/01/2026 0
fənərbaxca-matci-oncəsi-tayfur-bingoldən-kocaelispora-pis-xəbər
  • Idman

Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər

Jurnalist 24/01/2026 0
nuri-sahin:-“qələbəni-haqq-edən-tərəf-biz-olduq”
  • Idman

Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”

Jurnalist 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”
  • Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi
  • Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər
  • Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.