“Mançester Yunayted”in ingilis ulduzu Harri Maquayrın 2020-ci ildə qarışdığı insidentlə bağlı işinə yekun vurulub. Təcrübəli futbolçu 15 ay müddətinə azadlıqdan məhrum edilib.
LivePress Media Daily Maila istinadən xəbər verir ki, Harri Maguire 2020-ci ildə Mikonosda tətili zamanı baş verən hadisələrdə əli olub. Britaniyalı ulduz Yunan polisinə hücum və rüşvət təklif etdiyi üçün 15 ay həbs cəzasına məhkum edilib.
Maguire əvvəlcə 21 aya məhkum edilmişdi, lakin apellyasiya şikayəti əsasında cəza 15 aya endirildi. “Mançester Yunayted”in bu qərara etiraz edəcəyi gözlənilir.