LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Livanın “Hizbullah” şiə hərəkatı İsrailin Hayfa və Karmeldəki beş hərbi bazasına hücum edib. Bu barədə hərəkatın nümayəndələri Telegram kanalında məlumat veriblər.
Qeyd edildiyi kimi, raket zərbələri Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin logistika və strateji bazalarına endirilib. Həmçinin, Livan sərhədindən 40 km aralıda yerləşən Nişer bazası ilk dəfə olaraq hücuma məruz qalıb. Orada yanacaq anbarlarının olduğu iddia edilir.
İsrail Müdafiə Qüvvələri noyabrın 16-da Hizbullahın yəhudi dövlətinin ərazisinə 80-ə yaxın mərmi atdığını bildirib.