LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Almaniya geyim istehsalçısı Hugo Boss Rusiyadakı biznes modelinə yenidən baxıb. Şirkət Rusiya aktivlərini satmaq və ölkədəki topdansatış biznesinə yenidən diqqət yetirmək niyyətindədir.Şirkət aktivlərin satışı ilə bağlı danışıqlar aparır.
9 mart 2022-ci il tarixindən etibarən Hugo Boss Rusiyadakı mağazalarını bağladı və bütün pərakəndə və onlayn satışları dayandırdı. 2021-ci ildə şirkətin gəlirlərinin 3%-i Rusiya və Ukraynanın payına düşüb.