Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Trendyol Superliqasında keçiriləcək “Trabzonspor” – “Qalatasaray” oyunu öncəsi danışıb.
LivePress Türkiyə mediasına istinadən xəbər verir ki, Hacıosmanoğlu matçdan əvvəl bu kimi açıqlama verib: “Allah-taala bizə federasiya sədrliyini nəsib edib. Hansı günlərə pul lazımdır? Bu günlərə ehtiyacımız var. Uşaqları bir az da həvəsləndirə bilsək, sevinirik. Əks halda, pulu məzara aparmayacağıq, heç kim narahat olmasın.
“Bizi utandırmayın” deyib. “Ümid edirəm ki, Allah-Təala kuboku bizə nəsib edər və biz onunla qayıdarıq”.