Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin xüsusi buraxılışı – “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin ilk dəqiqələrindən Zəfər gününədək möhtəşəm fəaliyyətindən bəhs edilir.

Kitab Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra – sentyabrın 27-də saat 12:45-də Azərbaycan xalqına müraciəti ilə başlayır. Dövlətimizin başçısı həmin müraciətdə tarixi ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu vurğulayaraq deyib: “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir”. Müzəffər Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” fikri isə ordumuzu, əsgər və zabitlərimizi səfərbər etdi, xalqımızı bütövlükdə qələbəyə köklədi.

“Zəfər. Tam və Qəti Qələbə” kitabına Azərbaycan Prezidentinin Vətən müharibəsinin davam etdiyi 44 gündə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqlarının mətni, videomüraciətləri, aparıcı xarici media orqanlarına müsahibələri, hər bir yaşayış məntəqəsinin azad olunması haqda müjdələri – tvitləri yer alıb.

Noyabrın 9-da “BBC News”a müsahibə verən Prezident İlham Əliyev bildirib: “Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdiririk və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.

Yeni nəşrdə 44 gündə işğaldan azad edilmiş şəhər və kəndlərin, yaşayış məntəqələrinin siyahısı xronoloji ardıcıllıqla təqdim olunub, həmçinin erməni qəsbkarlardan götürülmüş qənimət silah-sursatların adları verilib.

Bu kitabda Ağdamın, Laçının və Kəlbəcərin bir güllə atılmadan, heç bir itki vermədən Azərbaycana qaytarılması zamanı Prezidentin xalqa müraciətləri də yer alıb.

Oxucu yeni nəşrdə, həmçinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması, 23 saat 43 dəqiqə ərzində separatçıların tərk-silah edilərək ölkədən tamamilə çıxarılması və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə bağlı məlumatlarla da tanış ola bilər. Sentyabrın 20-də Azərbaycan Prezidentinin xalqa müraciəti, eyni zamanda, Azərbaycanın daxili işlərinə qarışan qüvvələrə bir mesaj idi: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Həmin müraciətdə qeyd olunduğu kimi, o gün uzaqda deyil. Bu il Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfər etdi. Bu kitabda Azərbaycan Prezidentinin həmin səfəri zamanı tarixə düşən çıxışı, görüş və danışıqları, eyni zamanda, Azərbaycan, Amerika Birləşmiş Ştatları prezidentlərinin və Ermənistanın Baş nazirinin Birgə Bəyannaməsi öz əksini tapıb.

Nəşrin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
Next: Akademiya Muzeyinin açılışı olub

Related Stories

amea-nin-80-illik-yubileyinə-həsr-olunmus-elmi-nailiyyətlər-sərgisinə-baxis-kecirilib  
  • Ölkə

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  

LIVE PRESS 04/11/2025
səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe  
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

LIVE PRESS 04/11/2025
akademiya-muzeyinin-acilisi-olub
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  
  • Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  
  • Akademiya Muzeyinin açılışı olub
  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib   amea-nin-80-illik-yubileyinə-həsr-olunmus-elmi-nailiyyətlər-sərgisinə-baxis-kecirilib   1
  • Ölkə

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  

04/11/2025
Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ   səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe   2
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

04/11/2025
Akademiya Muzeyinin açılışı olub akademiya-muzeyinin-acilisi-olub 3
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

04/11/2025
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb   “ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib   4
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

04/11/2025
Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ  azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe  5
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

04/11/2025

Bir daha bax

amea-nin-80-illik-yubileyinə-həsr-olunmus-elmi-nailiyyətlər-sərgisinə-baxis-kecirilib  
  • Ölkə

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  

LIVE PRESS 04/11/2025
səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe  
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

LIVE PRESS 04/11/2025
akademiya-muzeyinin-acilisi-olub
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

LIVE PRESS 04/11/2025
“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  
  • Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  
  • Akademiya Muzeyinin açılışı olub
  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.