“JPMorgan Chase” rəhbəri Jamie Dimon, süni intellektin (AI) yaratdığı işsizlik riskini “legitim narahatlıq” adlandıraraq hökuməti aktiv addımlar atmağa çağırıb.
LivePress Media Bitcoin.com məlumatına istinadən xəbər verir ki, O, texnologiyanın sürətli inkişafı fonunda işçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması üçün xüsusi proqramların vacibliyini vurğulayıb. Dimonun fikrincə, bu keçid dövründə vətəndaşlara gəlir dəstəyi verilməsi sosial gərginliyin qarşısını ala bilər. Bank artıq əməliyyatların optimallaşdırılması üçün AI-ni geniş tətbiq edir.