Proqnoz bazarı platforması “Kalshi”, Nevada ştatında fəaliyyət göstərmək cəhdlərində növbəti hüquqi maneə ilə üzləşib.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, məhkəmə şirkətin idman və seçki hadisələri üzrə müqavilələr təklif etməsini qadağan edən qərarın müddətini aprelin 17-nə qədər uzadıb. Hakim Jason Woodbury platformanın xidmətlərini ştat qanunlarına görə “lisenziyasız qumar fəaliyyəti” kimi qiymətləndirib. Bu qərar, federal tənzimləyicilər (CFTC) ilə ştat orqanları arasında proqnoz bazarlarının nəzarəti uğrunda gedən mübarizənin tərkib hissəsidir.