Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 5 minutes read
kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

Ötən il Azərbaycanda neftin və qazın hasilatı ahəngdar, ixracı fasiləsiz davam edib. Bunu Energetika Nazirliyinin operativ məlumatındakı rəqəmlər də təsdiqləyir.

2025-ci ildə ölkədə 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron”un, 7,1 milyon tonu isə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) payına düşüb.

İl ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barel), kondensat hasilatı 13,5 min ton (111 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub. 

Xatırladaq ki, sonradan “Əsrin müqaviləsi” adını almış AÇG-nin tammiqyaslı işlənməsi üzrə saziş çərçivəsində ilk neft 1997-ci ilin noyabrında “Çıraq” platformasından əldə olunub. Hazırda AÇG-dən hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Çünəşli”, “Qərbi Çıraq” və “Azəri Mərkəzi Şərqi” (ACE) platformalarından alınır. ACE platforması AÇG sazişinin 2050-ci ilin əvvəlinədək uzadılması üzrə eyni adlı layihə çərçivəsində istismar olunur. 

Ölkədə təbii qaz hasilatı isə keçən il 51,5 milyard kubmetr təşkil edib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron”un, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

AÇG-dən çıxarılan mavi yanacaq səmt qazı adlanır. Bu qazın böyük hissəsi Səngəçal terminalı və Neft Daşlarındakı qurğu vasitəsilə Azərbaycan dövlətinə təhvil verilir. Qalanı isə təzyiqinin saxlanılması üçün yenidən laylara vurulur. 

Qazdan söz düşmüşkən, keçən il onun ixracı 25,2 milyard kubmetr təşkil edib. Bu həcmin 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac olunub. Azərbaycandan qaz idxal edən 14 ölkənin sırasına bu ildən daha ikisi qoşuldu. Beləliklə, indi bizdən 16 ölkə – Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır.

Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) çatdırılır. Keçən il Türkiyənin aldığı qazın 5,6 milyard kubmetrini TANAP nəql edib. Avropaya isə qaz 2020-ci ilin son günündən başlayaraq TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) ixrac olunur. 

2025-ci ildə neft ixracını göstərən rəqəmlər də açıqlanıb: 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb. Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz əldə olunub. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib. 

Onu da xatırladaq ki, Azərbaycan nefti dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılır. 2006-cı ilin iyul ayından tam sistem kimi işə salınan bu möhtəşəm kəmər həmin vaxtdan fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Prezident İlham Əliyevin cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində karbohidrogenlərin hasilatının sabitləşdirilməsi və artırılması vəzifəsini qarşıya qoyaraq demişdir: “Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, – bu mümkündür, – və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin artım təbii olmalıdır”.

Belə bir yanaşma şübhəsiz ki, neftin və qazın hasilatında, eləcə də ixracında bu il keçən ildəkindən yüksək göstəricilər əldə etməyə imkan verəcək. 

Flora SADIQLI,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
Next: İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

Related Stories

icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq
  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq 1
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

27/01/2026 0
Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib 2
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

27/01/2026 0
ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb   abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib   3
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

27/01/2026 0
Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir 4
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

27/01/2026 0
Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri) 5
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

27/01/2026 0

Bir daha bax

icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

LIVE PRESS 27/01/2026 0
kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq
  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.