Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır
Məmmədbəyli kəndindən çıxanda 25 yaşım var idi. Bu gün mənim 58 yaşım tamam olur. Bu əlamətdar gündə ən böyük sevincim isə yenidən doğma torpağıma qayıtmağımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Təranə Səhlaliyeva söyləyib.
O, doğma yurda qayıtdığı bu gün münasibətilə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
“Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı ifadə edirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Məhz onların qəhrəmanlığı və fədakarlığı sayəsində biz bu gün torpaqlarımıza qayıdırıq”.