Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Kopenhagendə Prezident İlham Əliyevin görüşü olub. YENİLƏNİB.  
  • Ölkə

Kopenhagendə Prezident İlham Əliyevin görüşü olub. YENİLƏNİB.  

LIVE PRESS 02/10/2025 3 minutes read
kopenhagendə-prezident-ilham-eliyevin-avropa-ittifaqi-surasinin-prezidenti-və-avropa-komissiyasinin-prezidenti-ilə-gorusu-olub-yenilenib  

Kopenhagendə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub YENİLƏNİB  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu dedilər.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulandı.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə görüşü olub. YENİLƏNİB.
Next: Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir.

Related Stories

“euronews”-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-material-hazirlayib  
  • Ölkə

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

LIVE PRESS 21/01/2026 0
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.

LIVE PRESS 20/01/2026 0
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

LIVE PRESS 20/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • “Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  
  • Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.
  • Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  
  • Alexander Sörlothdan transfer üçün aydın cavab.
  • KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb   “euronews”-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-material-hazirlayib   1
  • Ölkə

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

21/01/2026 0
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir. 2
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.

20/01/2026 0
Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin   3
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

20/01/2026 0
Alexander Sörlothdan transfer üçün aydın cavab. o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab 4
  • Idman

Alexander Sörlothdan transfer üçün aydın cavab.

20/01/2026 0
KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları. son-xeberler-|-kap-trabzonspordan-gəldi:-lovikin-muqavilə-detallari 5
  • Idman

KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları.

20/01/2026 0

Bir daha bax

“euronews”-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-material-hazirlayib  
  • Ölkə

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

LIVE PRESS 21/01/2026 0
  • Ölkə

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.

LIVE PRESS 20/01/2026 0
  • Ölkə

Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  

LIVE PRESS 20/01/2026 0
o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab
  • Idman

Alexander Sörlothdan transfer üçün aydın cavab.

Jurnalist 20/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • “Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  
  • Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir.
  • Prezident: Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin  
  • Alexander Sörlothdan transfer üçün aydın cavab.
  • KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.