LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Krasnodar vilayətinin çimərliklərindən xilasedicilər və könüllülər artıq tanker qəzalarından sonra mazutla çirklənmiş 3,3 min tondan çox torpaq toplayıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
“Sahil zolağının tədqiqi və təmizlənməsi üzrə işlər davam etdirilir. Artıq Anapa limanında 3303 ton çirklənmiş torpaq və qum yığılıb, 100 kvadratmetr su sahəsi sorbentlə, 4 ton neft tərkibli maye ilə təmizlənib. yığılıb”, – deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib .
Sahilin davamlı monitorinqi aparılır. “Report” xəbər verir ki, işlərə 6 minə yaxın insan, o cümlədən 250-dən çox texnika cəlb olunub .
Xatırladaq ki, dekabrın 15-də “Volqoneft 212” və “Volqoneft 239” tankerləri Kerç boğazı ərazisində qəzaya uğrayıb . Rosmorrechflot-un dəqiqləşdirdiyi kimi, fövqəladə vəziyyətin səbəbi Qara dənizdə fırtına olub. Qəza nəticəsində neft dağılması baş verib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlər təxminən 9,2 min ton mazut daşıyırmış. İlkin hesablamalara görə, dənizə 3,7 min tona yaxın neft məhsulları düşüb.