LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Kerç boğazında iki tankerin qəzaya uğraması zamanı dağılan neft məhsulları Krasnodar diyarının sahillərinə çatıb.
Bölgənin iki bələdiyyə rayonunun ərazisində fövqəladə vəziyyət elan edilib, Kuban Mülki Müdafiə və Fövqəladə Hallar naziri Sergey Ştrikov “Rossiya 24” telekanalının efirində bildirib .
Çirklənmiş ərazinin sahəsi 30 km-dən çoxdur. Mazut ləkələri Temryuk rayonunun Veselovka kəndindən Anapanın Blaqoveşchenskaya kəndinə qədər sahil zolağında yerləşir. Təmizliyi xüsusi xidmət orqanları və könüllülər həyata keçirir, onların sayı 500 nəfərə çatdırılıb.
Dekabrın 15-də Kerç boğazı ərazisində “Volqoneft-212” və “Volqoneft-239” tankerləri qəzaya uğrayıb. Dənizə 3700 ton mazut sızması nəticəsində bir nəfər həlak olub.
