Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  
  • Ölkə

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

LIVE PRESS 25/01/2026 5 minutes read
lacinin-saglamliq-kesikciləri:-dogma-yurda-qayidisla-baslayan-məsuliyyətli-xidmət  

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

Laçın rayonunun sağlamlıq keşikçiləri daim ayıq-sayıq şəkildə əhaliyə tibbi xidmət göstərir, vəzifə borclarını böyük qürur hissi ilə yerinə yetirirlər. Uzun illər həsrətində olduqları doğma yurda qayıdış onlar üçün əvəzolunmaz bir xoşbəxtlikdir.

Artıq üç ilə yaxındır ki, Laçın Rayon Mərkəzi Xəstəxanası Laçın şəhərində yenidən fəaliyyət göstərir. Xəstəxananın direktoru Orxan Cəbrayılovun sözlərinə görə, bu müddətdə Laçın rayonunda əhaliyə 60 minə yaxın tibbi xidmət göstərilib.

Direktor bildirib ki, işğal dövründə Laçın Rayon Mərkəzi Xəstəxanasının struktur və bölmələri Ağcabədinin Taxtakörpü qəsəbəsində, eləcə də respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərib. Laçın rayonu işğaldan azad edildikdən sonra – 2023-cü ildən etibarən isə Laçın şəhərində xəstəxananın yeni binası istifadəyə verilib. “Böyük Qayıdış” Proqramının birinci mərhələsi çərçivəsində ilk köçdən indiyədək 39 min 267 müraciət qeydə alınıb və 59 min 768 tibbi xidmət göstərilib: “Hazırda xəstəxanada təcili tibbi yardım, poliklinika, ailə sağlamlıq mərkəzi, şüa diaqnostika və laboratoriya şöbələri fəaliyyət göstərir. Qarşıda duran əsas vəzifələrdən biri isə 2026-cı ildə reanimasiya və intensiv terapiya şöbəsinin, eləcə də fizioterapiya kabinetinin yaradılmasıdır. Laçın Rayon Mərkəzi Xəstəxanası hazırda Laçın şəhəri ilə yanaşı Zabux, Bəylik və Sus kəndlərinə köçən əhaliyə də tibbi xidmət göstərir. Səhiyyə sahəsində görülən işlər rayonda aparılan quruculuq işləri ilə paralel şəkildə həyata keçirilir. Yaxın vaxtlarda Laçının bir sıra kəndlərinin inşasına başlanılması ilə əlaqədar səhiyyə infrastrukturu da genişləndiriləcək. Eyni zamanda, yay aylarında Laçın və Kəlbəcərə fermerlərin mövsümi köçü nəzərə alınaraq, rayonun bir neçə istiqamətində səyyar tibb məntəqələri yaradılır və əhaliyə yerində tibbi xidmət göstərilir. Əsas məqsəd Laçında əlçatan və keyfiyyətli səhiyyə xidmətinin davamlı təmin olunmasıdır”.

Tibb işçiləri arasında Laçını əvvəllər görməsələr də, ürəyi hər zaman ata-baba yurdu üçün döyünən insanlar da var. Xəstəxananın əməkdaşı Tamara Əliyeva deyir ki, Laçına ilk köçən sakinlərdən biridir: “Laçın ata-baba yurdum olsa da, əvvəllər buranı görməmişdim. Valideynlərimin danışdıqları əsasında Laçın haqqında xəyallar qururdum. Buraya qayıdıb öz gözlərimlə görəndən sonra anladım ki, Laçın təsəvvür etdiyimdən də gözəldir. Övladlarım da artıq Laçına heyran qalıblar və biz burada əbədi yaşamaq niyyətindəyik”.

Tamara Əliyeva qeyd edib ki, tibb təhsili alsa da, Bakıda yaşadığı dövrdə işləməyib. Laçına köçdükdən sonra isə məşğulluq proqramı vasitəsilə xəstəxanaya müraciət edib və təsərrüfat bacısı kimi işə qəbul olunub: “Artıq 1 ilə yaxındır ki, burada çalışıram. Xəstəxanada, ümumiyyətlə, Laçında bizim üçün çox gözəl şərait yaradılıb. Uşaqlarımız müasir standartlara uyğun məktəbdə təhsil alırlar, servis avtobusları ilə təhlükəsiz şəkildə məktəbə gedib-gəlirlər. Biz valideynlər də rahatıq”.

Onun sözlərinə görə, bu torpaqlarda yaşamaq hər bir laçınlı üçün həm də mənəvi borcdur: “Qəhrəman oğullarımız Vətənimizin azadlığı uğrunda canlarını fəda ediblər. Bizim vəzifəmiz isə bu torpaqlara qayıdaraq yaşamaq, qurmaq və yaratmaqdır. Həyat yoldaşımla birlikdə bu amal uğrunda Laçına üz tutmuşuq. Hətta tikinti işləri başlamamışdan əvvəl Laçında yaşamaq istədiyimizi aidiyyəti qurumlara bildirmişdik. Çünki əsas məqsədimiz ata-baba yurdumuza sahib çıxmaq və bu yerləri dirçəltməkdir”.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  
Next: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

Related Stories

nazir:-zəngəzur-dəhlizi-orta-dəhlizin-buraxilis-qabiliyyətini-artiracaq
  • Ölkə

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

LIVE PRESS 25/01/2026 0
azərbaycan-sulhsevər-imicini-davos-iqtisadi-forumunda-bir-daha-dunyaya-numayis-etdirdi
  • Ölkə

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

LIVE PRESS 25/01/2026 0
zelenski-ebu-dabi-danisiqlarini-konstruktiv-adlandirib  
  • Ölkə

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

LIVE PRESS 25/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda
  • Aleksandar Stanojevic konsentrasiyanın itdiyini vurğulayır
  • Okan Buruk “Burada kabusumuz var” deyərək izah etdi
  • Viktor Osimhen qol sayını 13-ə çatdırıb
  • Qabriel Sara “Qalatasaray”ın liqa tarixində ən sürətli 4-cü qolunu vurub

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda təyyarələr-bir-birinin-ardinca-enir,-“qalatasaray”in-yeni-transferi-istanbulda 1
  • Idman

Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda

25/01/2026 0
Aleksandar Stanojevic konsentrasiyanın itdiyini vurğulayır aleksandar-stanojevic-konsentrasiyanin-itdiyini-vurgulayir 2
  • Idman

Aleksandar Stanojevic konsentrasiyanın itdiyini vurğulayır

25/01/2026 0
Okan Buruk “Burada kabusumuz var” deyərək izah etdi okan-buruk-“burada-kabusumuz-var”-deyərək-izah-etdi 3
  • Idman

Okan Buruk “Burada kabusumuz var” deyərək izah etdi

25/01/2026 0
Viktor Osimhen qol sayını 13-ə çatdırıb viktor-osimhen-qol-sayini-13-ə-catdirib 4
  • Idman

Viktor Osimhen qol sayını 13-ə çatdırıb

25/01/2026 0
Qabriel Sara “Qalatasaray”ın liqa tarixində ən sürətli 4-cü qolunu vurub qabriel-sara-“qalatasaray”in-liqa-tarixində-ən-surətli-4-cu-qolunu-vurub 5
  • Idman

Qabriel Sara “Qalatasaray”ın liqa tarixində ən sürətli 4-cü qolunu vurub

25/01/2026 0

Bir daha bax

təyyarələr-bir-birinin-ardinca-enir,-“qalatasaray”in-yeni-transferi-istanbulda
  • Idman

Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda

Jurnalist 25/01/2026 0
aleksandar-stanojevic-konsentrasiyanin-itdiyini-vurgulayir
  • Idman

Aleksandar Stanojevic konsentrasiyanın itdiyini vurğulayır

Jurnalist 25/01/2026 0
okan-buruk-“burada-kabusumuz-var”-deyərək-izah-etdi
  • Idman

Okan Buruk “Burada kabusumuz var” deyərək izah etdi

Jurnalist 25/01/2026 0
viktor-osimhen-qol-sayini-13-ə-catdirib
  • Idman

Viktor Osimhen qol sayını 13-ə çatdırıb

Jurnalist 25/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Təyyarələr bir-birinin ardınca enir, “Qalatasaray”ın yeni transferi İstanbulda
  • Aleksandar Stanojevic konsentrasiyanın itdiyini vurğulayır
  • Okan Buruk “Burada kabusumuz var” deyərək izah etdi
  • Viktor Osimhen qol sayını 13-ə çatdırıb
  • Qabriel Sara “Qalatasaray”ın liqa tarixində ən sürətli 4-cü qolunu vurub
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.