Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında.
  • Ölkə

“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında.

LIVE PRESS 05/11/2025
“məhkəmə-ekspertizasi”-informasiya-sisteminin-yaradilmasi-haqqinda

“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması və məhkəmə ekspertizası idarələrinin fəaliyyətinin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası”  informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  həyata keçirir;

2.2.  Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

2.3. Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

2.3.2. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

2.3.3. istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

2.3.4. məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

2.3.5. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

2.3.6. məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

2.3.7. məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

2.3.8. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

2.3.9. bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. altı ay müddətində:

3.1.1. Sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. “Məhkəmə Ekspertizası” informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. Sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

4.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”, “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etsin;

4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 noyabr 2025-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bitcoinin 7 min dollar düşməsi.
Next: Brooklyn Nets Abunəliyini uzatdı.

Related Stories

  • Ölkə

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  

LIVE PRESS 05/11/2025
ermənistanda-seckiqabagi-gərginlik-indidən-hiss-olunmaga-baslayib
  • Ölkə

Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb

LIVE PRESS 05/11/2025
prezidentin-cagirisi
  • Ölkə

Prezidentin çağırışı

LIVE PRESS 05/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  
  • Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb
  • Prezidentin çağırışı
  • “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
  • Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırır  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb   1
  • Ölkə

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  

05/11/2025
Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb ermənistanda-seckiqabagi-gərginlik-indidən-hiss-olunmaga-baslayib 2
  • Ölkə

Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb

05/11/2025
Prezidentin çağırışı prezidentin-cagirisi 3
  • Ölkə

Prezidentin çağırışı

05/11/2025
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında “azərbaycan-respublikasi-hokuməti-ilə-pakistan-islam-respublikasi-hokuməti-arasinda-pakistan-islam-respublikasinda-“asan-xidmət”-təcrubəsinin-tətbiqi-istiqamətində-əməkdasliga-dair-sazis”in-təsdiq-edilməsi-haqqinda 4
  • Ölkə

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında

05/11/2025
Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırır   avropa-ittifaqi-ukraynaya-1,8-milyard-avro-ayirir   5
  • Ölkə

Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırır  

05/11/2025

Bir daha bax

  • Ölkə

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  

LIVE PRESS 05/11/2025
ermənistanda-seckiqabagi-gərginlik-indidən-hiss-olunmaga-baslayib
  • Ölkə

Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb

LIVE PRESS 05/11/2025
prezidentin-cagirisi
  • Ölkə

Prezidentin çağırışı

LIVE PRESS 05/11/2025
“azərbaycan-respublikasi-hokuməti-ilə-pakistan-islam-respublikasi-hokuməti-arasinda-pakistan-islam-respublikasinda-“asan-xidmət”-təcrubəsinin-tətbiqi-istiqamətində-əməkdasliga-dair-sazis”in-təsdiq-edilməsi-haqqinda
  • Ölkə

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında

LIVE PRESS 05/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  
  • Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb
  • Prezidentin çağırışı
  • “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
  • Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırır  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.