Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında.
  • Ölkə

“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında.

LIVE PRESS 05/11/2025
“məhkəmə-ekspertizasi”-informasiya-sisteminin-yaradilmasi-haqqinda

“Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması və məhkəmə ekspertizası idarələrinin fəaliyyətinin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası”  informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  həyata keçirir;

2.2.  Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

2.3. Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

2.3.2. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

2.3.3. istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

2.3.4. məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

2.3.5. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

2.3.6. məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

2.3.7. məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

2.3.8. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

2.3.9. bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. altı ay müddətində:

3.1.1. Sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. “Məhkəmə Ekspertizası” informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. Sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

4.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”, “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etsin;

4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 noyabr 2025-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bitcoinin 7 min dollar düşməsi.
Next: Brooklyn Nets Abunəliyini uzatdı.

Related Stories

azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2007-ci-il-15-may-tarixli-77-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“emək-pensiyalari-haqqinda”-azərbaycan-respublikasinin-qanununa-əsasən-pensiya-təyin-edilməsi-ucun-dovlət-qulluqcusunun-muraciət-etdiyi-vaxt-dovlət
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət

LIVE PRESS 05/11/2025
“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
prez elm
  • Ölkə

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət
  • NVIDIA, ən qabaqcıl çipini Çinə sata bilməyəcək.
  • Microsoft və Iren imzası 9,7 milyard dollarlıq müqavilə.
  • Süni intellekt, düşüncə gücü artdıqca daha eqoist olur.
  • Harvard Astrofizikindən yeni iddia.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2007-ci-il-15-may-tarixli-77-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“emək-pensiyalari-haqqinda”-azərbaycan-respublikasinin-qanununa-əsasən-pensiya-təyin-edilməsi-ucun-dovlət-qulluqcusunun-muraciət-etdiyi-vaxt-dovlət 1
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət

05/11/2025
NVIDIA, ən qabaqcıl çipini Çinə sata bilməyəcək. abs-dan-cip-qərari:-nvidia-ən-qabaqcil-cipini-cinə-sata-bilməyəcək 2
  • Texnologiya

NVIDIA, ən qabaqcıl çipini Çinə sata bilməyəcək.

05/11/2025
Microsoft və Iren imzası 9,7 milyard dollarlıq müqavilə. suni-intellekt-əməkdasligi:-microsoft-və-iren-imzasi-9,7-milyard-dollarliq-muqavilə 3
  • Texnologiya

Microsoft və Iren imzası 9,7 milyard dollarlıq müqavilə.

05/11/2025
Süni intellekt, düşüncə gücü artdıqca daha eqoist olur. suni-intellekt,-dusuncə-gucu-artdiqca-daha-eqoist-olur 4
  • Texnologiya

Süni intellekt, düşüncə gücü artdıqca daha eqoist olur.

05/11/2025
Harvard Astrofizikindən yeni iddia. harvard-astrofizikadan-yeni-iddia:-“gunəs-sistemindəki-sirli-obyekt-antimatdan-ibarətdir.” 5
  • Texnologiya

Harvard Astrofizikindən yeni iddia.

05/11/2025

Bir daha bax

azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2007-ci-il-15-may-tarixli-77-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“emək-pensiyalari-haqqinda”-azərbaycan-respublikasinin-qanununa-əsasən-pensiya-təyin-edilməsi-ucun-dovlət-qulluqcusunun-muraciət-etdiyi-vaxt-dovlət
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət

LIVE PRESS 05/11/2025
abs-dan-cip-qərari:-nvidia-ən-qabaqcil-cipini-cinə-sata-bilməyəcək
  • Texnologiya

NVIDIA, ən qabaqcıl çipini Çinə sata bilməyəcək.

Jurnalist 05/11/2025
suni-intellekt-əməkdasligi:-microsoft-və-iren-imzasi-9,7-milyard-dollarliq-muqavilə
  • Texnologiya

Microsoft və Iren imzası 9,7 milyard dollarlıq müqavilə.

Jurnalist 05/11/2025
suni-intellekt,-dusuncə-gucu-artdiqca-daha-eqoist-olur
  • Texnologiya

Süni intellekt, düşüncə gücü artdıqca daha eqoist olur.

Jurnalist 05/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət
  • NVIDIA, ən qabaqcıl çipini Çinə sata bilməyəcək.
  • Microsoft və Iren imzası 9,7 milyard dollarlıq müqavilə.
  • Süni intellekt, düşüncə gücü artdıqca daha eqoist olur.
  • Harvard Astrofizikindən yeni iddia.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.