LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki,Rusiyanın əməkdar artisti, violonçel ifaçısı Aleksandr Qotgelf 74 yaşında Moskvada vəfat edib.
“Moskovski Komsomolets”in məlumatına görə, musiqiçi İppolitov-İvanov məktəbində dərs dediyi zaman xəstələnib. Həmkarları təcili yardım çağırsalar da, həkimlər kişini xilas edə bilməyiblər.
İlkin məlumatlara görə, ölümün səbəbi kəskin ürək çatışmazlığı ola bilər.
Alexander Gotgelf 1948-ci ildə anadan olub. 1972-ci ildə Qnessin adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu bitirib. Müxtəlif simfonik və kamera orkestrlərində, 1990-cı ildən isə Rusiya Milli Orkestrində çalışıb. İllər ərzində onun tərəfdaşları Natalya Şaxovskaya, İqor Oystrax və Mixail Pletnev olub.