LivePress ntvspor-a istinadən bildirir:
Premyer Liqada ardıcıl məğlubiyyətlərdən sonra Mançester Siti təəccüblü şəkildə Bodo/Glimt-ə uduzdu. İngiltərə komandasının futbolçuları müxtəlif üsullarla azarkeşlərdən üzr istəyiblər.
Çempionlar Liqasının 7-ci həftəsində “Mançester Siti” favorit olduğu matçda səfərdə “Bodo/Qlimt”ə 3:1 hesabı ilə məğlub olub. İngiltərə nəhəngi son 7 matçda cəmi 2 qələbə qazana bilib.
“Mançester Siti”nin oyunçuları adətən klubların etdiyi kimi üzr istəyiblər. Manchester Evening-in məlumatına görə, futbolçular bu matç üçün Norveçə yollanan 374 azarkeşin xərclərini qarşılamaq üçün 10 min funt sterlinq veriblər.
Xəbərdə Bernardo Silva, Ruben Dias, Rodri və Erling Haaland-ın öz aralarında pul toplayaraq töhfə verdiyi bildirilib.