Məsləhətçinin
İxtisasına Əsaslanan Seçim (MİƏS)
Layihənin
Adı:
Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid
idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-02
Ölkə: Azərbaycan
1.
Azərbaycan
Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi
üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı
məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.
2.
Məsləhət
xidmətləri (“Xidmətlər”) Abşeron tullantı bölgəsində bərk məişət
tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın
hazırlanmasını əhatə edir.
Məsləhətçi mövcud
ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları
toplayacaq və yenilənmiş və təkmilləşdirilmiş texniki-iqtisadi əsaslandırmanı təqdim
etmək üçün tələb olunan əlavə təhlilləri həyata keçirəcək. Tapşırığa, digər məsələlərlə
yanaşı, baza göstəricilərinin
yenilənməsi, bərk tullantıların vahid idarə olunması üzrə investisiya təkliflərinin
hazırlanması, maliyyə və iqtisadi təhlilin aparılması, konseptual layihənin və
tender sənədlərinin hazırlanması daxildir.
Tapşırığın ümumi
müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına
2025-ci ilin noyabr ayında başlanılması nəzərdə tutulur.
Tapşırığın ehtimal
olunan ümumi dəyəri 505,000 ABŞ dollarıdır.
Təhvil veriləcək
işlərin gözlənilən icra cədvəli aşağıda
göstərilmişdir:
Təhvil |
Müddət |
D-1: Başlanğıc (İlkin) Hesabat – ilkin müşahidələrin təqdim olunduğu və vaxt cədvəlinə təsir edən və bu Texniki Tapşırığa aid amilləri əhatə edən |
Müqavilə imzalandıqdan sonra 4 həftə ərzində |
D-2: Yenilənmiş baza göstəriciləri və tullantıların gələcəkdə yaranması üzrə |
Müqavilə imzalandıqdan sonra 2 ay ərzində |
D-3: Təkliflər və investisiyaların prioritetləşdirilməsi daxil olmaqla, yenilənmiş |
Müqavilə imzalandıqdan sonra 4 ay ərzində |
D-4: Konseptual layihə, |
Müqavilə imzalandıqdan sonra 6 ay ərzində |
Xidmətlər üzrə ətraflı
Texniki tapşırığı (TT) aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://www.dropbox.com/scl/fi/b6dwhuns9th7ht5fpf6xw/ToR_FS_for_Absheron_Waste_Shed_17.09.2025_WB_NO.docx?rlkey=l5qqa5y063o60ejq4j25b7vwj&st=hgbm1vut&dl=03.
3.
Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi (İcraçı Qurum) hazırda uyğun ixtisaslı məsləhətçi
şirkətləri (Məsləhətçilər) qeyd olunan Xidmətlərin icra edilməsi üçün
maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə
yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən
məlumatları təqdim etməlidirlər.
4.
Xidmətləri
icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin
ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı
meyarlar üzrə qiymətləndiriləcəkdir:
(i)
Ümumi
Təcrübə: a) Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət
istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi;
b) Dünya Bankı və ya digər beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən
layihələrdə sübut olunmuş təcrübə.
(ii)
Xüsusi
Təcrübə: Mövcud vəziyyətin təhlili, investisiya planı və xərclərin
hesablanması, maliyyə və iqtisadi təhlil, tullantıların vahid idarə idarəetmə
sistemləri üçün konseptual layihələrin və tender sənədlərinin hazırlanması
daxil olmaqla, bərk məişət tullantılarının idarə olunması üzrə texniki-iqtisadi
əsaslandırmaların aparılması sahəsində təsdiqlənmiş təcrübə.
(iii) Qafqaz ölkələrində
təcrübə və tapşırıq üçün tələb olunan ixtisaslı mütəxəssislərin mövcudluğu.
Qısa siyahıyaalma mərhələsində
əsas mütəxəssislər individual olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə
seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı
müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir.
Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi
gözlənilir.
5.
Yuxarıda
qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər
ən azı aşağıdakı dəstəkləyici sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət
yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə
ki, şirkət öz idarəedici (parent company),
eyni idarəedici şirkətə aid (sister
company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi
kimi göstərə bilməz.
(i)
Şirkətin
müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.
(ii)
Şirkətin
əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.
(iii)
Bu
Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı tamamlayaraq oxşar layihə/müqavilələr
barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin
(referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb
olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi
seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.
(iv)
Tapşırıqla
bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi
haqqında qısa məlumat.
6.
Məsləhətçilər,
ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə
assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və
ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu
halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət
daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan
assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı
formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya
hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və
müvafiq ixtisasını izah etməlidirlər.
7.
Xidmətlərin
göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral
tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar
üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində
Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.
8.
Maraq
ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron
poçt ünvanına 30 sentyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır.
Əlavə məlumatı
aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:
Əlaqələndirici şəxs: Nicat Hüseynov –
Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu
Ünvan: Heydər Əliyev
prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail: nhuseynov@economy.gov.az
Əlavə:
Forma-1 (Oxşar Müqavilələr)
Məsləhətçi
şirkətin adı:
____ (Birgə müəssisə şəklində müraciət edilərsə, hər bir tərəfdaş
üçün ayrıca forma təqdim olunmalıdır.)
s/s |
Müddət (tarix aralığı) |
Tapşırığın adı |
Xidmətlərin əhatə dairəsi və əsas təhvil verilən işlərin qısa təsviri |
Müqavilənin təxmini dəyəri (ABŞ$ ekv.) / Şirkətinizə ödənilmiş məbləğ |
Sifarişçinin adı və ölkəsi |
Tapşırıqda rolu |
1 |
məs., yanvar 20__ – aprel 20__ |
məs., “…… keyfiyyətinin yaxşılaşdırılması” |
məs., …… səmərələşdirilməsi üçün baş plan |
məs., 1 milyon ABŞ$ / 0,5 milyon ABŞ$ |
məs., ___ Nazirliyi, ______ (ölkə) |
məs., A&B&C birgə müəssisəsində aparıcı tərəfdaş |
2 |
məs., yanvar – may 20__ |
məs., “Yerli idarəetmə orqanına dəstək……” |
məs., …… üzrə ikinci dərəcəli normativ aktlar |
məs., 2 milyon ABŞ$ / 0,2 milyon ABŞ$ |
məs., __ bələdiyyəsi, ____ (ölkə) |
məs., Fərdi (müstəqil) məsləhətçi |