Şənbə günü iş adamı sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının seçki tədbirinin iştirakçıları ilə onlayn danışıb.
Musk hesab edir ki, Almaniyanın hazırkı hökuməti söz azadlığını aqressiv şəkildə boğur.
“Əgər siz söz azadlığını boğursunuzsa, o zaman real demokratiyaya sahib olmaq çox çətindir, hətta qeyri-mümkündür, çünki söz azadlığı demokratiyanın əsaslarından biridir”, – deyə RİA Novosti Muskdan sitat gətirir .
Onun sözlərinə görə, alman hakimiyyəti söz azadlığını boğur və vətəndaşları siyasətçiləri tənqid etdiklərinə, hətta sosial şəbəkələrdə paylaşımlarına görə həbsxanaya göndərirlər.
“Düzünü desəm, bu, demokratik deyil, totalitar yanaşmadır” dedi milyarder.
O, həmçinin almanlara öz mənşəyi ilə fəxr etməyi və keçmişlərinə görə özünü günahkar hiss etməməyi tövsiyə edib. Bundan əlavə, Musk Almaniyada keçiriləcək növbədənkənar seçkilərin “bütün sivilizasiyanın” taleyi üçün son dərəcə vacib olduğunu bəyan etdi və AfD-yə səs verməyə çağırdı.
Dekabr ayında Musk Almaniyanı yalnız AfD-nin xilas edə biləcəyini söylədi. İş adamı daha sonra kansler Olaf Şolsu “bacarıqsız axmaq” adlandırıb. O, həmçinin Almaniyada artan terror aktları səbəbindən istefasını zəruri adlandırıb.
Yanvar ayında Musk AfD partiyasından Almaniya kansleri namizədi Alice Weidel-in Avropanın böyüklüyü ilə bağlı şüarını dəstəkləyib . O, ABŞ prezidenti Donald Trampın “Amerikanı yenidən möhtəşəm et” və ya MAGA şüarını qəbul edərək, onu Avropanı Yenidən Böyük Et, yəni MEGA olaraq dəyişdirdi.
