Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  
  • Ölkə

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

LIVE PRESS 26/01/2026 3 minutes read
media:-qarsidaki-10-il-turkiyənin-ali-təhsil-sistemində-tələb-və-təklif-balansinda-koklu-dəyisikliklər-dovru-olacaq  

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

Türkiyədə doğum səviyyəsinin azalması fonunda gənclərin sayının azalması yaxın on il ərzində bir sıra özəl ali məktəblərin fəaliyyətinin tam dayandırılması və ya birləşdirilməsi təhlükəsini yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Milliyet” qəzeti yazır. Qəzet xatırladır ki, ötən ilin yekunlarına görə, Türkiyənin özəl ali məktəblərində yerlərin yalnız 75,8 faizi dolub.

Nəşr Türkiyə Statistika İnstitutunun proqnozlarına diqqət çəkir. Həmin proqnozlara əsasən, qarşıdakı beş il ərzində ölkədə ibtidai sinif şagirdlərinin sayı 900 min nəfər azalacaq.

Məqalədə qeyd olunur ki, qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq. Gəlirlərinin 80 faizdən çoxu təhsilhaqqı ödənişləri hesabına formalaşan özəl universitetlər daha çox zərər görəcək. Mövcud demoqrafik meyillər davam edərsə, hər il 1 milyondan çox abituriyentin qəbuluna hesablanmış Türkiyənin ali təhsil sistemində ciddi tələbə çatışmazlığı yaranacaq.

Qəzet bildirir ki, maliyyə strukturu zəif olan bir sıra özəl universitetlər üçün bağlanma və ya digər ali məktəblərlə birləşmə qaçılmaz ola bilər.

Nəşr dünya təcrübəsinə də istinad edir. “Yaponiya, Cənubi Koreya və bəzi Avropa ölkələri artıq tələbə cəlb etməkdə çətinlik çəkən, fəaliyyətsiz vəziyyətdə qalan “zombi-universitetlər” problemi ilə üzləşiblər. Cənubi Koreyada son 20 ildə 22 universitet bağlanıb. Gözlənilir ki, qarşıdakı 10 il ərzində daha 30-dan çox təhsil müəssisəsi fəaliyyətini dayandıracaq, universitetlərə qəbul olunan tələbələrin sayı isə 2040-cı ilədək 39 faiz azalacaq”, – deyə qəzet yazır.

“Türkiyənin Ali Təhsil Şurasında tələbələrin marağının azaldığı özəl universitetlər üzrə qəbul kvotalarının ixtisar ediləcəyi barədə əvvəllər açıqlama verilməsi təsadüfi deyil. Eyni zamanda, yaxın vaxtlarda təxminən tələbatı azalan və ya “köhnəlmiş” 175 proqram bağlana bilər. Ali məktəblərdə “demoqrafik qış” riskinin aradan qaldırılması üçün yerli tələbə kontingentinin azalmasının yüz minlərlə xarici tələbənin cəlb edilməsi hesabına balanslaşdırılması təklif olunur”, – deyə “Milliyet” vurğulayır.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  
Next: Türkiyə Suriyaya humanitar yardım göndərib  

Related Stories

fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

LIVE PRESS 26/01/2026 0
milli-məclisin-sədri-sahibə-qafarova-bəhreyn-kralligina-səfər-edib  
  • Ölkə

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

LIVE PRESS 26/01/2026 0
  • Ölkə

Bilmək istəyirəm

LIVE PRESS 26/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib
  • Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü
  • Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (25 yanvar 2026-cı il idman xəbərləri)
  • Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib 1
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

26/01/2026 0
Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü okan-burukun-rekord-gecəsi:-super-liqa-tarixinə-dusdu 2
  • Idman

Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü

26/01/2026 0
Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir fənərbaxca-goztəpə-matci-nə-vaxt,-saat-necədə-və-hansi-kanalda?-“fənərbaxca”-məglubiyyətsizlik-seriyasini-davam-etdirmək-istəyir 3
  • Idman

Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir

26/01/2026 0
Günün idman səhifələrindən diqqət çəkən məqamlar (25 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(25-yanvar-2026-ci-il-idman-xəbərləri) 4
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (25 yanvar 2026-cı il idman xəbərləri)

26/01/2026 0
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib   milli-məclisin-sədri-sahibə-qafarova-bəhreyn-kralligina-səfər-edib   5
  • Ölkə

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

26/01/2026 0

Bir daha bax

fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

LIVE PRESS 26/01/2026 0
okan-burukun-rekord-gecəsi:-super-liqa-tarixinə-dusdu
  • Idman

Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü

Jurnalist 26/01/2026 0
fənərbaxca-goztəpə-matci-nə-vaxt,-saat-necədə-və-hansi-kanalda?-“fənərbaxca”-məglubiyyətsizlik-seriyasini-davam-etdirmək-istəyir
  • Idman

Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir

Jurnalist 26/01/2026 0
gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(25-yanvar-2026-ci-il-idman-xəbərləri)
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (25 yanvar 2026-cı il idman xəbərləri)

Jurnalist 26/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib
  • Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü
  • Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (25 yanvar 2026-cı il idman xəbərləri)
  • Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.