Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  
  • Ölkə

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

LIVE PRESS 26/01/2026 3 minutes read
media:-qarsidaki-10-il-turkiyənin-ali-təhsil-sistemində-tələb-və-təklif-balansinda-koklu-dəyisikliklər-dovru-olacaq  

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

Türkiyədə doğum səviyyəsinin azalması fonunda gənclərin sayının azalması yaxın on il ərzində bir sıra özəl ali məktəblərin fəaliyyətinin tam dayandırılması və ya birləşdirilməsi təhlükəsini yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Milliyet” qəzeti yazır. Qəzet xatırladır ki, ötən ilin yekunlarına görə, Türkiyənin özəl ali məktəblərində yerlərin yalnız 75,8 faizi dolub.

Nəşr Türkiyə Statistika İnstitutunun proqnozlarına diqqət çəkir. Həmin proqnozlara əsasən, qarşıdakı beş il ərzində ölkədə ibtidai sinif şagirdlərinin sayı 900 min nəfər azalacaq.

Məqalədə qeyd olunur ki, qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq. Gəlirlərinin 80 faizdən çoxu təhsilhaqqı ödənişləri hesabına formalaşan özəl universitetlər daha çox zərər görəcək. Mövcud demoqrafik meyillər davam edərsə, hər il 1 milyondan çox abituriyentin qəbuluna hesablanmış Türkiyənin ali təhsil sistemində ciddi tələbə çatışmazlığı yaranacaq.

Qəzet bildirir ki, maliyyə strukturu zəif olan bir sıra özəl universitetlər üçün bağlanma və ya digər ali məktəblərlə birləşmə qaçılmaz ola bilər.

Nəşr dünya təcrübəsinə də istinad edir. “Yaponiya, Cənubi Koreya və bəzi Avropa ölkələri artıq tələbə cəlb etməkdə çətinlik çəkən, fəaliyyətsiz vəziyyətdə qalan “zombi-universitetlər” problemi ilə üzləşiblər. Cənubi Koreyada son 20 ildə 22 universitet bağlanıb. Gözlənilir ki, qarşıdakı 10 il ərzində daha 30-dan çox təhsil müəssisəsi fəaliyyətini dayandıracaq, universitetlərə qəbul olunan tələbələrin sayı isə 2040-cı ilədək 39 faiz azalacaq”, – deyə qəzet yazır.

“Türkiyənin Ali Təhsil Şurasında tələbələrin marağının azaldığı özəl universitetlər üzrə qəbul kvotalarının ixtisar ediləcəyi barədə əvvəllər açıqlama verilməsi təsadüfi deyil. Eyni zamanda, yaxın vaxtlarda təxminən tələbatı azalan və ya “köhnəlmiş” 175 proqram bağlana bilər. Ali məktəblərdə “demoqrafik qış” riskinin aradan qaldırılması üçün yerli tələbə kontingentinin azalmasının yüz minlərlə xarici tələbənin cəlb edilməsi hesabına balanslaşdırılması təklif olunur”, – deyə “Milliyet” vurğulayır.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  
Next: Türkiyə Suriyaya humanitar yardım göndərib  

Related Stories

turkiyə-suriyaya-humanitar-yardim-gondərib  
  • Ölkə

Türkiyə Suriyaya humanitar yardım göndərib  

LIVE PRESS 26/01/2026 0
zelenski:-muharibənin-bitməsi-təhlukəsizlik-zəmanətləri-ilə-baglidir  
  • Ölkə

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

LIVE PRESS 26/01/2026 0
abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 26/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Türkiyə Suriyaya humanitar yardım göndərib  
  • Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  
  • Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  
  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Türkiyə Suriyaya humanitar yardım göndərib   turkiyə-suriyaya-humanitar-yardim-gondərib   1
  • Ölkə

Türkiyə Suriyaya humanitar yardım göndərib  

26/01/2026 0
Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq   media:-qarsidaki-10-il-turkiyənin-ali-təhsil-sistemində-tələb-və-təklif-balansinda-koklu-dəyisikliklər-dovru-olacaq   2
  • Ölkə

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

26/01/2026 0
Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır   zelenski:-muharibənin-bitməsi-təhlukəsizlik-zəmanətləri-ilə-baglidir   3
  • Ölkə

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

26/01/2026 0
ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır   abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir   4
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

26/01/2026 0
Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb azərbaycan-milli-məclisi-ilə-bəhreyn-kralligi-numayəndələr-surasi-arasinda-anlasma-memorandumu-imzalanib 5
  • Ölkə

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

26/01/2026 0

Bir daha bax

turkiyə-suriyaya-humanitar-yardim-gondərib  
  • Ölkə

Türkiyə Suriyaya humanitar yardım göndərib  

LIVE PRESS 26/01/2026 0
media:-qarsidaki-10-il-turkiyənin-ali-təhsil-sistemində-tələb-və-təklif-balansinda-koklu-dəyisikliklər-dovru-olacaq  
  • Ölkə

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

LIVE PRESS 26/01/2026 0
zelenski:-muharibənin-bitməsi-təhlukəsizlik-zəmanətləri-ilə-baglidir  
  • Ölkə

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

LIVE PRESS 26/01/2026 0
abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 26/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Türkiyə Suriyaya humanitar yardım göndərib  
  • Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  
  • Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  
  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.