Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  
  • Ölkə

“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  

LIVE PRESS 26/01/2026 3 minutes read
“meta”,-“tiktok”-və-“youtube”-gənclər-arasinda-asililiq-yaratmaqda-ittiham-olunur  

“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  

Gənclər arasında psixi sağlamlıq böhranını dərinləşdirdikləri ilə bağlı ittihamlarla əlaqədar “Meta Platforms”, “TikTok” və “YouTube” bu həftə məhkəmənin diqqət mərkəzində olacaqlar. Bununla da uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ümummilli müzakirə yeni mərhələyə qədəm qoyur.

AZƏRTAC xəbər verir ki, bu mühüm məhkəmə prosesi sosial şəbəkələrə sahib olan şirkətlərin öz platformalarını uşaqlarda asılılıq yaratmaq məqsədilə qəsdən hazırlayıb-hazırlamadıqlarını aydınlaşdırmağı qarşıya məqsəd qoyur.

Kaliforniya ştatının Los-Anceles dairəsi üzrə Ali Məhkəməsində baxılan konkret işin mərkəzində “KGM” ləqəbi ilə tanınan 19 yaşlı qadının hekayəsi dayanır. İddia olunur ki, o, bu şirkətlərin platformalarına cəlbedici dizayn səbəbindən aludə olub. O bildirir ki, tətbiqlər onun depressiyasını və intiharla bağlı düşüncələrini gücləndirib, bu səbəbdən şirkətlərin məsuliyyətə cəlb olunmasını tələb edir. Sosial Şəbəkə Qurbanlarının Hüquqlarının Müdafiəsi Mərkəzinin təsisçisi Metyu Berqmanın sözlərinə görə, ilk dəfədir ki, sosial şəbəkələrə sahib şirkətlər uşaqlara zərər vurmaqda ittiham edilərək məhkəmə qarşısına çıxarılacaqlar. Hazırda onun təşkilatı minlərlə oxşar işlə məşğuldur.

Məhkəmə şirkətlərin “KGM”in psixi sağlamlığına zərər vuran məhsullar təqdim etməklə səhlənkarlığa yol verib-vermədiklərini və tətbiqlərdən istifadənin onda depressiyanın yaranmasında əsas rol oynayıb-oynamadığını müəyyən etməlidir.

Məhkəmə prosesinin davam etdiyi bir vaxtda texnologiya şirkətləri məhsullarının yeniyetmələr üçün təhlükəsiz olduğunu tənqidçilərə sübut etmək üçün ölkə üzrə geniş kampaniyaya başlayıblar. Onlar valideynlərə uşaqlarının platformalardan necə istifadə etdiyinə daha çox nəzarət imkanı verən alətləri işə saldıqlarını bildirir və bu funksiyaların təşviqinə milyonlarla dollar xərcləyiblər.

2018-ci ildən “Meta” şirkəti ABŞ-ın onlarla orta məktəbində valideynlər üçün yeniyetmələrin internet təhlükəsizliyi mövzusunda seminarlara sponsorluq edir. “Screen Smart” adlanan seminarlardan biri 2024-cü ildə Los-Ancelesdə keçirilib.

“TikTok” da oxşar tədbirlərə sponsorluq edib. Şirkətin saytında verilən məlumata görə, yerli və regional valideyn komitələrinin rəhbərlik etdiyi və “Xeyirxahlıqla yarat” adlanan proqram valideynlər üçün “TikTok”un funksiyaları, o cümlədən gecə vaxtı ekran istifadəsinin məhdudlaşdırılması imkanı barədə maarifləndirici materialları əhatə edib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır  
Next: Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 

Related Stories

nato-nun-bas-katibi:-avropa-abs-siz-ozunu-qoruya-bilməz  
  • Ölkə

NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  

LIVE PRESS 27/01/2026 0
gurcustan-qəzeti-qanli-yanvar-hadisələrindən-yazib  
  • Ölkə

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  

LIVE PRESS 27/01/2026 0
vətəndaslarin-pensiya-kapitali-nə-qədər-artacaq? 
  • Ölkə

Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 

LIVE PRESS 26/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  
  • Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  
  • Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 
  • “Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  
  • Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz   nato-nun-bas-katibi:-avropa-abs-siz-ozunu-qoruya-bilməz   1
  • Ölkə

NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  

27/01/2026 0
Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb   gurcustan-qəzeti-qanli-yanvar-hadisələrindən-yazib   2
  • Ölkə

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  

27/01/2026 0
Vətəndaşların pensiya kapitalı nə qədər artacaq?  vətəndaslarin-pensiya-kapitali-nə-qədər-artacaq?  3
  • Ölkə

Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 

26/01/2026 0
“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur   “meta”,-“tiktok”-və-“youtube”-gənclər-arasinda-asililiq-yaratmaqda-ittiham-olunur   4
  • Ölkə

“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  

26/01/2026 0
Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır   cexiya-hokuməti-mudafiə-xərclərini-artirmagi-planlasdirir   5
  • Ölkə

Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır  

26/01/2026 0

Bir daha bax

nato-nun-bas-katibi:-avropa-abs-siz-ozunu-qoruya-bilməz  
  • Ölkə

NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  

LIVE PRESS 27/01/2026 0
gurcustan-qəzeti-qanli-yanvar-hadisələrindən-yazib  
  • Ölkə

Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  

LIVE PRESS 27/01/2026 0
vətəndaslarin-pensiya-kapitali-nə-qədər-artacaq? 
  • Ölkə

Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 

LIVE PRESS 26/01/2026 0
“meta”,-“tiktok”-və-“youtube”-gənclər-arasinda-asililiq-yaratmaqda-ittiham-olunur  
  • Ölkə

“Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  

LIVE PRESS 26/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • NATO-nun Baş katibi: Avropa ABŞ-sız özünü qoruya bilməz  
  • Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb  
  • Vətəndaşların pensiya kapitalı nə qədər artacaq? 
  • “Meta”, “TikTok” və “YouTube” gənclər arasında asılılıq yaratmaqda ittiham olunur  
  • Çexiya hökuməti müdafiə xərclərini artırmağı planlaşdırır  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.