Microsoft korporasiyası investorların süni intellekt (Sİ) investisiyalarından daha sürətli gəlir tələbi fonunda “Copilot” üçün daha iddialı hədəflər müəyyən edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət rəhbərliyi “Wall Street” analitiklərinin rəylərini nəzərə alaraq, Sİ alətlərinin ticariləşdirilməsi və korporativ tətbiqlərdə genişləndirilməsi üçün strategiyasını sərtləşdirib. Bu addım texnoloji üstünlüyü birbaşa maliyyə qazancına çevirmək cəhdi kimi qiymətləndirilir. Analitiklər qeyd edirlər ki, proqram təminatının satış həcmi şirkətin birja dəyərini qorumaq üçün artıq həlledici amildir.