Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
  • Ölkə

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

LIVE PRESS 18/01/2026 6 minutes read
“minatəmizləmə-fəaliyyəti-haqqinda”-azərbaycan-respublikasinin-2024-cu-il-13-dekabr-tarixli-90-viiq-nomrəli-qanununun-icrasi-ilə-əlaqədar-azərbaycan-respublikasinin-bəzi-qanunlarinda-dəyisiklik-edilməsi-barədə

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü, 15-ci, 24-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, №11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 164.1.56-cı və 164.1.56-1-ci maddələrinə “ərazilərin” sözündən əvvəl “təhlükəli” sözü əlavə edilsin və həmin maddələrdə “partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 7, maddə 608) aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

“Maddə 19-1. Əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunurlar.”.

Maddə 3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I); 2024, № 5 (I kitab), maddə 499; 2025, № 6, maddə 530) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında “və digər təsərrüfat işləri” sözləri “, təsərrüfat və digər işlər” sözləri ilə əvəz edilsin;

3.2. birinci hissə üzrə:

3.2.1. birinci cümlədə “və digər təsərrüfat işləri görülərkən” sözləri “, təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən” sözləri ilə əvəz edilsin;

3.2.2. ikinci cümlədə “və digər təsərrüfat işləri” sözləri “, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti” sözləri ilə əvəz edilsin;

3.3. ikinci hissə üzrə:

3.3.1. birinci cümlədə “və digər təsərrüfat işləri” sözləri “, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti” sözləri ilə əvəz edilsin;

3.3.2. ikinci cümləyə “işlər” sözündən sonra “, o cümlədən minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin;

3.4. üçüncü hissəyə hər iki halda “təmir” sözündən sonra “, minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin. 

Maddə4. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. birinci hissə üzrə: 

4.1.1. birinci abzasda “qanunvericilik” sözü “normativ hüquqi” sözləri ilə əvəz edilsin;

4.1.2. yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi.”;

4.2. ikinci hissədə “qanunvericiliyi” sözü “normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779  (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, №11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 20.0.21-ci maddəsinə “ərazilərin” sözündən əvvəl “təhlükəli” sözü əlavə edilsin, həmin maddədə “partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 7 (Cild I) 6.2.12-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.13-cü maddə əlavə edilsin:

“6.2.13. “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlərin.”.

Maddə 7. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə1175 (Cild I); 2025, № 6, maddə 522; Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 313-VIIQD nömrəli Qanunu) 2.3-cü maddəsinə “uçotu,” sözündən sonra “minatəmizləmə fəaliyyəti,” sözləri əlavə edilsin.

Maddə 8. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.2.3-cü maddədə “və şəhərsalma” sözləri “, şəhərsalma və minatəmizləmə” sözləri ilə əvəz edilsin;

8.2. 7-ci maddə üzrə:

8.2.1. adında “və şəhərsalma” sözləri “, şəhərsalma və minatəmizləmə” sözləri ilə əvəz edilsin;

8.2.2. 7.4-cü və 7.5-ci maddələrə “təmir” sözündən sonra “, minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Coinbase CEO-su toqquşmanı inkar edir, danışıqların davam etdiyini deyir.
Next: WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Related Stories

misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi  
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

LIVE PRESS 22/01/2026 0
azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib  
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

LIVE PRESS 22/01/2026 0
aqrar-sigorta-fondu-saxtavurma-zərərlərinə-gorə-915-min-manat-odənis-həyata-kecirib  
  • Ölkə

Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?
  • Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək
  • Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  
  • Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı
  • Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli? elon-musk-alqoritmi-izah-etdi:-x-də-viral-olmaq-ucun-nə-etməli? 1
  • Texnologiya

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?

22/01/2026 0
Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək reklam-sirkətləri-hərəkətə-kecdi.-chatgpt-sohbətlərdə-reklam-edəcək 2
  • Texnologiya

Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək

22/01/2026 0
Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi   misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi   3
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

22/01/2026 0
Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı bir-həftə-yox-idi,-9-ay-kosmosda-qapali-qaldi.-rekord-qiran-astronavt-təqaudə-cixdi 4
  • Texnologiya

Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı

22/01/2026 0
Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb yaddas-bohrani-genislənir:-ssd,-gpu-və-sərt-disklər-də-bahalasib 5
  • Texnologiya

Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb

22/01/2026 0

Bir daha bax

elon-musk-alqoritmi-izah-etdi:-x-də-viral-olmaq-ucun-nə-etməli?
  • Texnologiya

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?

Jurnalist 22/01/2026 0
reklam-sirkətləri-hərəkətə-kecdi.-chatgpt-sohbətlərdə-reklam-edəcək
  • Texnologiya

Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək

Jurnalist 22/01/2026 0
misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi  
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

LIVE PRESS 22/01/2026 0
bir-həftə-yox-idi,-9-ay-kosmosda-qapali-qaldi.-rekord-qiran-astronavt-təqaudə-cixdi
  • Texnologiya

Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı

Jurnalist 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?
  • Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək
  • Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  
  • Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı
  • Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.