LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Moskvada metronun “Klenovıy bulvar” stansiyasında relslərlə gəzməyə qərar verən xuliqan tutulub. Polis hadisənin görüntülərini nümayiş etdirib.
Rusiya Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, gecə saatlarında növbətçi məntəqəyə qəribə metro ziyarətçisi barədə məlumat daxil olub. 41 yaşlı kişi platformadan relslərə qalxsa da, tez bir zamanda yenidən platformaya qaldırılaraq saxlanılıb.
Nəqliyyat təhlükəsizliyini pozan şəxs inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə onun barəsində 3 sutka həbs cəzası verib.