Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Müasir çağırışlara cavab verən uğurlu strategiya
  • Ölkə

Müasir çağırışlara cavab verən uğurlu strategiya

LIVE PRESS 29/01/2026 10 minutes read
muasir-cagirislara-cavab-verən-ugurlu-strategiya

Müasir çağırışlara cavab verən uğurlu strategiya

Azərbaycan bərpaolunan enerjiyə keçiddə də liderlik edir

XXI əsrin ikinci onilliyindən etibarən dünya miqyasında enerji siyasətində köklü dəyişikliklər müşahidə olunur. Qlobal iqlim dəyişikliklərinin sürətlənməsi, atmosferə atılan karbon emissiyalarının artması və bu proseslərin yaratdığı ekoloji və sosial risklər dövlətləri enerji istehsalı və istehlakı modellərinə yenidən baxmağa vadar edir. Bu mənada bərpaolunan enerji mənbələri, günəş, külək, hidroenerji və digər alternativ enerji növləri ekoloji seçim olmaqla yanaşı, strateji prioritet kimi də çıxış edir.

Azərbaycan bu qlobal çağırışlara cavab verən ölkələr sırasındadır. Uzun illər ərzində neft və qaz sektorunda formalaşmış iqtisadi potensialdan və institusional təcrübədən istifadə edən ölkəmiz son dövrdə enerji siyasətində şaxələndirmə xəttini gücləndirərək “yaşıl enerji”nin inkişafını milli strateji məqsəd səviyyəsinə yüksəldib. Bu, həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edir. 

Milli enerji strategiyasında bərpaolunan enerji mənbələrinin payının artırılması əsas hədəf kimi müəyyən edilib. Rəsmi planlara əsasən, 2030-cu ilədək elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payının 30-35 faiz səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu məqsədə nail olmaq üçün yaxın illərdə günəş və külək enerjisi üzrə 2250 meqavatdan artıq yeni gücün istismara verilməsi planlaşdırılır.

Son illərin statistik göstəriciləri Azərbaycanın enerji sektorunda baş verən transformasiyanın real nəticələr verdiyini nümayiş etdirir. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsal gücü təxminən 10 min meqavat təşkil edir. Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimində bununla bağlı bildirib: “Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”.

Bu gücün 21 faizdən bir qədər çox hissəsi artıq bərpaolunan enerji mənbələrinin payına düşür. Bu göstərici bir neçə il əvvəlki vəziyyətlə müqayisədə əhəmiyyətli irəliləyiş deməkdir və “yaşıl enerji” sahəsində aparılan institusional islahatların, eləcə də investisiya siyasətinin effektivliyini təsdiqləyir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, son beş il ərzində günəş enerjisi istehsalı on dəfədən çox artıb, hidroenerji istehsalında isə təxminən üç dəfə genişlənmə qeydə alınıb. Bu dinamika ölkənin mövcud təbii resurslarından daha rasional və səmərəli şəkildə istifadə etməyə başladığını göstərir və enerji sektorunda struktur dəyişikliklərinin artıq praktiki mərhələyə keçdiyini sübut edir. 

Azərbaycanın “yaşıl enerji” strategiyası əsasən üç istiqamət üzərində qurulub: günəş, külək və hidroenerji. Bu seçim ölkəmizin coğrafi mövqeyi, iqlim xüsusiyyətləri və təbii resurs potensialı ilə birbaşa bağlıdır. Günəş enerjisi sahəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası xüsusi əhəmiyyət daşıyır. Yüksək günəş radiasiyası səviyyəsi bu ərazilərin “yaşıl enerji” zonaları kimi formalaşdırılmasına imkan verir. Bu, eyni zamanda postmünaqişə dövründə azad edilmiş ərazilərin dayanıqlı inkişaf modelinin qurulmasına xidmət edir. 

Külək enerjisi üzrə isə Abşeron yarımadası və Xızı bölgəsi əsas mərkəzlər kimi çıxış edir. Bu ərazilərdə külək potensialının yüksək olması iri güclü elektrik stansiyalarının tikintisini iqtisadi cəhətdən səmərəli edir. 

Bununla yanaşı, dağlıq və dağətəyi regionlarda mövcud çay resurslarından istifadə etməklə kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması da enerji siyasətinin mühüm komponentlərindən biridir. Bu isə regionların enerji təminatını gücləndirir və mərkəzləşdirilmiş enerji sisteminə düşən yükü azaldır. 

Hazırda ölkəmizdə bərpaolunan enerji stansiyaları fəaliyyət göstərir. 2027-ci ilədək ümumi gücü 2 min meqavatdan artıq olan “yaşıl enerji” layihələrinin icrası nəzərdə tutulur.

Bütün bunlar bir tərəfdən ölkənin daxili enerji tələbatının daha dayanıqlı və ekoloji cəhətdən təmiz mənbələr hesabına ödənilməsinə imkan yaradır, digər tərəfdən isə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına şərait formalaşdırır. Daha uzunmüddətli perspektivdə, yəni 2031-2037-ci illər üçün Azərbaycanın bərpaolunan enerji sahəsində əlavə 21 qiqavat güc yaratmaq niyyəti ölkənin regional enerji xəritəsində mövqeyini köklü şəkildə dəyişə biləcək ambisiyalı hədəf kimi qiymətləndirilir.

Ölkəmizin “yaşıl enerji” strategiyasında beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Aparıcı maliyyə institutları və qlobal enerji şirkətləri ilə qurulan tərəfdaşlıqlar yeni texnologiyaların, müasir idarəetmə modellərinin və maliyyə resurslarının cəlb edilməsinə imkan verir. Avropa Bərpa və İnkişaf Bankının artıq 1,2 qiqavat gücündə bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməsi bu sahədə beynəlxalq etimadın göstəricisidir. Həmçinin Qarabağ bölgəsində iri günəş-elektrik stansiyasının tikintisi üzrə xarici enerji şirkətləri ilə imzalanan sazişlər Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 

Bununla yanaşı, planlaşdırılan “yaşıl enerji” dəhlizləri vasitəsilə elektrik enerjisinin Avropa və Mərkəzi Asiya bazarlarına ixracı ölkəni tədricən “yaşıl enerji” ixracatçısına çevirməyi hədəfləyir. Azərbaycan 2050-ci ilədək emissiyaların 40 faizədək azaldılması üzrə könüllü öhdəlik götürüb, COP29 çərçivəsində isə enerji saxlanması, “yaşıl enerji” zonaları və hidrogen üzrə qlobal təşəbbüslərlə çıxış edərək beynəlxalq iqlim gündəliyində fəal mövqeyini ortaya qoyub. Bütün bu təşəbbüslər Avropa İttifaqı üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlılığını da gücləndirir. 

Onu da qeyd edək ki, Azərbaycanın “yaşıl enerji” siyasəti möhkəm normativ-hüquqi əsaslar üzərində qurulub. 2019-cu il 29 may tarixli “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam enerji bazarının liberallaşdırılması, rəqabətli mühitin formalaşdırılması və bərpaolunan enerjiyə keçidin etibarlı idarəetmə bazasının əsasını yaradıb. 2021-ci il 31 may tarixli “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanun isə “yaşıl enerji” layihələrinin hüquqi, iqtisadi və təşkilati mexanizmlərini müəyyənləşdirərək dövlət dəstək alətlərini tənzimləyən əsas normativ sənəd kimi çıxış edir. Bu, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında aşağı karbonlu iqtisadiyyatın qurulması hədəfləri ilə tamamlanır.

“Yaşıl enerji” siyasətində innovativ texnologiyaların tətbiqi də prioritet istiqamətlərdəndir. Böyükşor gölündə istifadəyə verilmiş üzən günəş panelləri ölkəmizdə bu sahədə ilk pilot nümunədir və gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin icrasına zəmin yaradır. 

Azərbaycan “yaşıl enerji” sahəsində regional inteqrasiyanı da fəal şəkildə genişləndirir. “Xəzər-Qaradəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan” və “Azərbaycan-Türkiyə-Avropa” “yaşıl enerji” dəhlizləri üzrə imzalanmış çoxtərəfli sazişlər ölkəmizi qitələrarası “yaşıl enerji” ötürülməsində mühüm tranzit mərkəzinə çevirir. 

Aparılan təhlillər göstərir ki, Azərbaycanın “yaşıl enerji” siyasəti artıq konseptual mərhələni geridə qoyaraq praktik icra mərhələsinə keçib. Enerji balansında bərpaolunan mənbələrin payının artması, irimiqyaslı layihələrin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişlənməsi ölkəmizi regionda “yaşıl enerji” liderlərindən birinə çevirir. “Yaşıl enerji” bu gün Azərbaycan üçün enerji təhlükəsizliyinin ekoloji məqsədlərə xidmət edən fəaliyyətin və geosiyasi mövqelərin möhkəmləndirilməsinin mühüm alətidir. Bu sahədə 2030-cu il və sonrakı dövr üçün müəyyən edilən strateji hədəflər isə ölkəmizin davamlı enerji inkişafı yolunda güclü idarəetmə əsaslarına və texniki zəminə malik olduğunu göstərir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Leminadan “Qalatasaray”a pley-offda pis xəbər
Next: Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

Related Stories

taninmis-memar-və-ictimai-xadim
  • Ölkə

Tanınmış memar və ictimai xadim

LIVE PRESS 29/01/2026 0
ardnf-otən-ilin-hesabatini-aciqlayib
  • Ölkə

ARDNF ötən ilin hesabatını açıqlayıb

LIVE PRESS 29/01/2026 0
kecmis-məcburi-kockun:-dogum-gunumdə-ən-boyuk-sevincim-yenidən-dogma-torpagima-qayitmagimdir  
  • Ölkə

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

LIVE PRESS 29/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Tanınmış memar və ictimai xadim
  • ARDNF ötən ilin hesabatını açıqlayıb
  • Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  
  • Müasir çağırışlara cavab verən uğurlu strategiya
  • Leminadan “Qalatasaray”a pley-offda pis xəbər

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Tanınmış memar və ictimai xadim taninmis-memar-və-ictimai-xadim 1
  • Ölkə

Tanınmış memar və ictimai xadim

29/01/2026 0
ARDNF ötən ilin hesabatını açıqlayıb ardnf-otən-ilin-hesabatini-aciqlayib 2
  • Ölkə

ARDNF ötən ilin hesabatını açıqlayıb

29/01/2026 0
Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır   kecmis-məcburi-kockun:-dogum-gunumdə-ən-boyuk-sevincim-yenidən-dogma-torpagima-qayitmagimdir   3
  • Ölkə

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

29/01/2026 0
Müasir çağırışlara cavab verən uğurlu strategiya muasir-cagirislara-cavab-verən-ugurlu-strategiya 4
  • Ölkə

Müasir çağırışlara cavab verən uğurlu strategiya

29/01/2026 0
Leminadan “Qalatasaray”a pley-offda pis xəbər 5
  • Idman

Leminadan “Qalatasaray”a pley-offda pis xəbər

29/01/2026 0

Bir daha bax

taninmis-memar-və-ictimai-xadim
  • Ölkə

Tanınmış memar və ictimai xadim

LIVE PRESS 29/01/2026 0
ardnf-otən-ilin-hesabatini-aciqlayib
  • Ölkə

ARDNF ötən ilin hesabatını açıqlayıb

LIVE PRESS 29/01/2026 0
kecmis-məcburi-kockun:-dogum-gunumdə-ən-boyuk-sevincim-yenidən-dogma-torpagima-qayitmagimdir  
  • Ölkə

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

LIVE PRESS 29/01/2026 0
muasir-cagirislara-cavab-verən-ugurlu-strategiya
  • Ölkə

Müasir çağırışlara cavab verən uğurlu strategiya

LIVE PRESS 29/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Tanınmış memar və ictimai xadim
  • ARDNF ötən ilin hesabatını açıqlayıb
  • Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  
  • Müasir çağırışlara cavab verən uğurlu strategiya
  • Leminadan “Qalatasaray”a pley-offda pis xəbər
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.