Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  
  • Ölkə

Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

LIVE PRESS 08/11/2025
mudafiə-naziri-zəfər-gunu-munasibətilə-azərbaycan-ordusunun-səxsi-heyətini-təbrik-edib  

Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir.

Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi, 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olunur.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır.

Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram”.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər
Next: Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

Related Stories

azərbaycan,-turkiyə-və-pakistan-liderləri-birgə-nahar-ediblər
  • Ölkə

Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər

LIVE PRESS 09/11/2025
yavuz-subasi:-8-noyabr-azərbaycan-xalqinin-əzminin-və-qətiyyətinin-ən-parlaq-gostəricisidir  
  • Ölkə

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

LIVE PRESS 08/11/2025
gurcustan-mətbuati-azərbaycanin-zəfər-bayramindan-yazib  
  • Ölkə

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

LIVE PRESS 08/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər
  • Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  
  • Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  
  • Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  
  • Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər azərbaycan,-turkiyə-və-pakistan-liderləri-birgə-nahar-ediblər 1
  • Ölkə

Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər

09/11/2025
Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir   yavuz-subasi:-8-noyabr-azərbaycan-xalqinin-əzminin-və-qətiyyətinin-ən-parlaq-gostəricisidir   2
  • Ölkə

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

08/11/2025
Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb   gurcustan-mətbuati-azərbaycanin-zəfər-bayramindan-yazib   3
  • Ölkə

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

08/11/2025
Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib   mudafiə-naziri-zəfər-gunu-munasibətilə-azərbaycan-ordusunun-səxsi-heyətini-təbrik-edib   4
  • Ölkə

Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

08/11/2025
Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər bakida-zəfər-muzeyinin-acilisi-olub-prezident-ilham-eliyev-və-birinci-xanim-mehriban-eliyeva-tədbirdə-istirak-ediblər 5
  • Ölkə

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

08/11/2025

Bir daha bax

azərbaycan,-turkiyə-və-pakistan-liderləri-birgə-nahar-ediblər
  • Ölkə

Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər

LIVE PRESS 09/11/2025
yavuz-subasi:-8-noyabr-azərbaycan-xalqinin-əzminin-və-qətiyyətinin-ən-parlaq-gostəricisidir  
  • Ölkə

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

LIVE PRESS 08/11/2025
gurcustan-mətbuati-azərbaycanin-zəfər-bayramindan-yazib  
  • Ölkə

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

LIVE PRESS 08/11/2025
mudafiə-naziri-zəfər-gunu-munasibətilə-azərbaycan-ordusunun-səxsi-heyətini-təbrik-edib  
  • Ölkə

Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

LIVE PRESS 08/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər
  • Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  
  • Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  
  • Müdafiə naziri Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  
  • Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.