Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

LIVE PRESS 26/01/2026 5 minutes read
nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq


NATO Baş katibinin müavini xanım Radmila Şekerinska bu həftə Azərbaycana səfər edib. R.Şekerinska səfərin sonunda AZƏRTAC-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.


– Xanım Şekerinska, əvvəlcə Azərbaycana səfərinizin məqsədi və nəticələri barədə məlumat verin.

– Bildiyiniz kimi, NATO ilə Azərbaycan təxminən otuz ildir ki, tərəfdaşlıq edir. Bu, çox möhkəm bir təməldir, çünki tərəfdaşlığımız hər iki tərəfin qarşılıqlı öhdəliyinə, qarşılıqlı fəaliyyətə və əməkdaşlığa əsaslanır. Biz bu tərəfdaşlığı bir addım da irəli aparmaq istəyirik. Hazırda NATO ilə Azərbaycan arasında “Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı”nın demək olar ki, müəyyən bir mərhələsini başa çatdırmışıq.

Bu proqram bizə həm siyasi dialoqu davam etdirmək, həm də praktiki əməkdaşlığı genişləndirmək imkanı verib. Azərbaycan bu əməkdaşlıqdan müxtəlif təlimlərdə iştirak, hərbi təlimlər, müdafiə islahatlarının dəstəklənməsi və modernləşmə istiqamətində faydalanıb. Bundan əlavə, biz Dürüstlüyün Təmin Edilməsi (Building Integrity), minatəmizləmə, kibertəhlükəsizlik kimi sahələrdə də əməkdaşlıq etmişik.

Biz qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Çünki bu tərəfdaşlıq Azərbaycanla NATO arasında əməkdaşlığın zəruri məsələlər üzrə birgə işləməsini nəzərdə tutur.

– Ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sammitdən sonra Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı fikirlərinizi eşitmək istərdik.

– Ötən il Vaşinqtonda iki ölkə arasında baş vermiş böyük irəliləyişi, ikitərəfli münasibətlərdə kəskin dönüşü və dəyişimi həqiqətən yüksək qiymətləndiririk, bunu təqdir edirik. Biz bu razılaşmanı regionda sülh və sabitlik üçün möhkəm əsas kimi görürük. Regionun sabitliyinə və hər iki ölkənin gələcək əməkdaşlığı üçün atılan addımlar münasibətilə Azərbaycanı, Ermənistanı və hər iki dövlətin rəhbərlərini biz artıq səmimi-qəlbdən təbrik etmişik. Münasibətlərin normallaşmasını çox vacib hesab edirik.

Ticarət sahəsində artıq atılmış bəzi addımları, o cümlədən Ermənistana malların tranziti üçün icazə verilməsini çox faydalı hesab edirik. Ümid edirik ki, növbəti addımlar tezliklə atılacaq, — yəni sazişin imzalanması və ratifikasiyası baş tutacaq. Bu irəliləyişi mümkün etdiklərinə görə həm Bakını, həm də İrəvanı təbrik etmişik, çünki bilirik ki, bu regionun sabitliyi bizim təhlükəsizliyimiz üçün də son dərəcə önəmlidir.

 

– Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə də fikirlərinizi dinləmək maraqlı olardı.

– Qeyd etdiyim kimi, NATO ilə Azərbaycan arasında tərəfdaşlıq ikitərəfli bir prosesdir. Artıq qeyd etdiyim müxtəlif proqramlar çərçivəsində Azərbaycanı bir çox istiqamətdə dəstəkləmişik. Eyni zamanda, Azərbaycan da öz öhdəliyini nümayiş etdirib. Bunun ən aydın göstəricilərindən biri Azərbaycanın Əfqanıstandakı missiyalarımıza qoşulmasıdır. Bu missiyalar Alyans üçün son dərəcə vacib idi. Siz tərəfdaş kimi bizim səylərimizə qoşuldunuz və çox uzun, çox çətin bir dövr ərzində orada qaldınız.

Azərbaycan hətta Kabildən çıxan son ölkə oldu və bu, sizin öhdəliyiniz və töhfəniz haqqında çox şey deyir. Azərbaycan, həmçinin NATO müttəfiqlərinə köhnə enerji asılılıqları ilə mübarizədə çox faydalı, həlledici və mühüm dəstək göstərdi. Onlar Rusiyadan enerji tədarükünü dayandıraraq, bunu Azərbaycandan gələn enerji ilə əvəz edə bildilər.

Bunun sayəsində bizim enerji təchizatımızın təhlükəsizliyi təmin olundu. Bu, çox vacibdir. Qeyd olunan hərəkət böyük hörmətlə, yüksək qiymətləndirmə ilə qarşılanır.

Bu, həmçinin Azərbaycan üçün elə bir şərait yaradır ki, o, etibarlı enerji mənbəyi olduğunu, eyni zamanda, bizim etibarlı tərəfdaşımız olduğumuzu bir daha vurğulasın. Məhz buna görə biz minatəmizləməyə dəstək, dəniz limanlarının təhlükəsizliyi, kritik infrastrukturun mühafizəsi kimi məsələləri də müzakirə edirik. Bütün bunlar gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır və məhz buna görə düşünürəm ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də NATO üçün faydalı olacaq.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  
Next: Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Related Stories

abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 26/01/2026 0
azərbaycan-milli-məclisi-ilə-bəhreyn-kralligi-numayəndələr-surasi-arasinda-anlasma-memorandumu-imzalanib
  • Ölkə

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

LIVE PRESS 26/01/2026 0
“sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib  
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

LIVE PRESS 25/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb
  • NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq
  • “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  
  • Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır   abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir   1
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

26/01/2026 0
Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb azərbaycan-milli-məclisi-ilə-bəhreyn-kralligi-numayəndələr-surasi-arasinda-anlasma-memorandumu-imzalanib 2
  • Ölkə

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

26/01/2026 0
NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq 3
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

26/01/2026 0
“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb   “sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib   4
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

25/01/2026 0
Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb   milli-məclisin-sədri-bəhreynin-numayəndələr-surasinin-sədri-ilə-gorusub   5
  • Ölkə

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

25/01/2026 0

Bir daha bax

abs-putin-və-zelenski-arasinda-gorusun-tezliklə-bas-tuta-biləcəyinə-inanir  
  • Ölkə

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

LIVE PRESS 26/01/2026 0
azərbaycan-milli-məclisi-ilə-bəhreyn-kralligi-numayəndələr-surasi-arasinda-anlasma-memorandumu-imzalanib
  • Ölkə

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

LIVE PRESS 26/01/2026 0
nato-bas-katibinin-muavini:-azərbaycanla-qarsiliqli-faydali-olan-sahələrdə-əməkdasligi-davam-etdirməyi-planlasdiririq
  • Ölkə

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

LIVE PRESS 26/01/2026 0
“sahdag”da-snoubord-uzrə-heydər-eliyev-kubokunun-qalibləri-mukafatlandirilib  
  • Ölkə

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

LIVE PRESS 25/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  
  • Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb
  • NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq
  • “Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  
  • Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.