 
        LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Nepalda dağ yarığına düşərək dünyasını dəyişən rusiyalı alpinist Nadejda Oleneva hələ də dəfn edilməyəcək. İdmançının cəsədini axtarış sistemlərindən gizlədən onun öldüyü yerdə uçqun baş verib.
Oleneva rusiyalı alpinistlər qrupunun tərkibində Roman Abildayev və Rasim Kaşapovla birlikdə Nepalın 8167 metr hündürlüyü olan Daulagiri zirvəsinə qalxıb. Dəfələrlə Rusiya çempionu 6680 metr hündürlüyə qalxarkən yarığa düşüb.
Daha əvvəl Rusiyanın Nepaldakı səfirliyi axtarış-xilasetmə işlərinin aparıldığını, bu zaman idmançının cəsədinin aşkar edildiyini bildirmişdi. Amma dağlıq ərazi və çətin hava şəraiti səbəbindən ora çıxış çətinləşib.
Son iki gündə isə pis hava şəraiti faciənin baş verdiyi ərazidə dağlıq qar yağdırıb. Rusiya Alpinizm Federasiyasının idarə heyətinin üzvü Aleksandr Yakovenkonun sözlərinə görə, iki metrə yaxın qar yağıb.
“Olenevanın olduğu yerdə indi buz və qar bloku var” Sportbox.Ru portalı Yakovenkodan sitat gətirir: “Uçqun Nadejdanın olduğu yerə düşüb, o, basdırılıb. Helikopter bunu edə bilməzdi. Bu vəziyyətdə heç bir şey, cəsədi götürmək mümkün deyildi”.
 
         
         
         
         
         
        