Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Nümunəyə çevrilən sədrlik
  • Ölkə

Nümunəyə çevrilən sədrlik

LIVE PRESS 28/10/2025
numunəyə-cevrilən-sədrlik

Nümunəyə çevrilən sədrlik

Azərbaycan 4 il müddətində Qoşulmama Hərəkatının fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəltdi

6 il əvvəl, 2019-ci ilin oktyabr ayında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başladı. Respublikamız Qoşulmama Hərəkatına 4 il sədrlik etdi və bu müddət təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edən mühüm siyasi hadisələrlə zəngin oldu. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Qoşulmama Hərəkatı qlobal proseslərin daha fəal iştirakçısına çevrildi.

120 dövləti birləşdirən təşkilat

Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. 120 ölkəni birləşdirən QH dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə QH-da iştirakı nisbətən yenidir. Belə ki, respublikamız QH-yə 14 il əvvəl – 2011-ci ildə tam hüquqlu üzv olmaq barədə qərar verib. 

QH-yə üzvlük ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açdı. Ən əsası Azərbaycanın QH-yə üzv olması artıq həll edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini verdi. QH-nin yekun sənədlərində bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis edilən QH sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq siyasi platformadır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Son onilliklərdə QH-yə üzv dövlətlərin sayı 120-yə çatıb. Həmçinin təşkilatın sıralarında 18 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur. 

Əsas insan hüquq və azadlıqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək və digər bu kimi məsələlər hərəkatın məqsəd və prinsipləridir. Hərəkata üzv dövlətlər daim bu prinsip və dəyərləri qoruyub saxlayıblar və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdiriblər. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi

Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə təşkilata sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük diplomatik uğuru oldu. Dünyanın ikinci ən böyük təşkilatına sədrlik Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsi, respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi kimi tarixə düşdü. Həmin vaxt Prezident İlham Əliyev bununla bağlı demişdi: “Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir”.

Sədrliyə başladıqdan sonra Azərbaycan təşkilatın qlobal məsələlərdə iştirak səviyyəsini artırmaq üçün böyük işlər gördü. Bu istiqamətdə fəaliyyətin ən mühüm göstəricilərindən biri pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının xətti ilə beynəlxalq həmrəyliyin təmin edilməsi idi. Qoşulmama Hərəkatının Sədri kimi bu məsələdə qlobal liderliyi öz üzərinə götürən Prezident İlham Əliyevin qətiyyəti və təşəbbüsləri bu məsələdə öz sözünü dedi. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Həmin ilin dekabr ayında isə Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Azərbaycan peyvənd millətçiliyinə qarşı  qətiyyətli mübarizə apardı. 2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə assambleyanın plenar iclasında hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”  adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul olundu. 

Bu qətnamənin qəbulu Azərbaycan Prezidentinin Sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində dayandığını göstərdi.

Azərbaycanın sədrliyi dövründə QH-nin institusional fəaliyyətinin inkişafı istiqamətində də mühüm işlər görülüb. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olundu. 

Bundan başqa, Azərbaycanın sədrliyi dövründə QH-nın Gənclər Təşkilatı da yaradılıb.

Azərbaycanın QH-yə sədrliyi uğurlu oldu. Uğurlu fəaliyyətinin və təşkilatın ümumi işinə verdiyi töhfələrin nəticəsi olaraq respublikamızın Qoşulmama Hərəkatına sədrliyi daha bir il uzadıldı. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 4 il davam etdi və 2023-cü ildə başa çatdı. 4 il böyük zaman kəsiyi deyil. Lakin bu qısa dövrdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə bağlı yeni nümunələr yaratdı və bütün bunlar təşkilatın qlobal nüfuzunu və çəkisini artırdı. Respublikamızın nümunəyə çevrilən sədrliyi Qoşulmama Hərəkatının fəaliyyətini yeni keyfiyyət mərhələsinə yüksəltdi.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edilib.
Next: Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib  

Related Stories

azərbaycan-prezidenti:-zəngilan-cox-onəmli-nəqliyyat-mərkəzlərindən-birinə-cevriləcək  
  • Ölkə

Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək  

LIVE PRESS 29/10/2025
tramp:-abs-raketləri-yaponiyaya-catdirilacaq
  • Ölkə

Tramp: ABŞ raketləri Yaponiyaya çatdırılacaq

LIVE PRESS 29/10/2025
prezident-ilham-eliyev-zəngilanin-agali-kəndinin-2-ci-mərhələsinin-və-məmmədbəyli-kəndinin-acilislarinda-istirak-edib
  • Ölkə

Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib

LIVE PRESS 28/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • Səudiyyə Ərəbistanından Dünya Kuboku üçün dəli layihələr: Budur stadionlar və onların xərcləri
  • TFF daha 14 matçın hakimlərini elan etdi
  • FIFA-dan Sivasspor-a transfer qadağası
  • Volkan Demirel'in yeni komandası elan edildi: imzalanmağa gedir
  • Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Səudiyyə Ərəbistanından Dünya Kuboku üçün dəli layihələr: Budur stadionlar və onların xərcləri səudiyyə-erəbistanindan-dunya-kuboku-ucun-dəli-layihələr:-budur-stadionlar-və-onlarin-xərcləri 1
  • Idman

Səudiyyə Ərəbistanından Dünya Kuboku üçün dəli layihələr: Budur stadionlar və onların xərcləri

29/10/2025
TFF daha 14 matçın hakimlərini elan etdi tff-daha-14-matcin-hakimlərini-elan-etdi 2
  • Idman

TFF daha 14 matçın hakimlərini elan etdi

29/10/2025
FIFA-dan Sivasspor-a transfer qadağası fifa-dan-sivasspor-a-transfer-qadagasi 3
  • Idman

FIFA-dan Sivasspor-a transfer qadağası

29/10/2025
Volkan Demirel'in yeni komandası elan edildi: imzalanmağa gedir volkan-demirel'in-yeni-komandasi-elan-edildi:-imzalanmaga-gedir 4
  • Idman

Volkan Demirel'in yeni komandası elan edildi: imzalanmağa gedir

29/10/2025
Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək   azərbaycan-prezidenti:-zəngilan-cox-onəmli-nəqliyyat-mərkəzlərindən-birinə-cevriləcək   5
  • Ölkə

Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək  

29/10/2025

Bir daha bax

səudiyyə-erəbistanindan-dunya-kuboku-ucun-dəli-layihələr:-budur-stadionlar-və-onlarin-xərcləri
  • Idman

Səudiyyə Ərəbistanından Dünya Kuboku üçün dəli layihələr: Budur stadionlar və onların xərcləri

Jurnalist 29/10/2025
tff-daha-14-matcin-hakimlərini-elan-etdi
  • Idman

TFF daha 14 matçın hakimlərini elan etdi

Jurnalist 29/10/2025
fifa-dan-sivasspor-a-transfer-qadagasi
  • Idman

FIFA-dan Sivasspor-a transfer qadağası

Jurnalist 29/10/2025
volkan-demirel'in-yeni-komandasi-elan-edildi:-imzalanmaga-gedir
  • Idman

Volkan Demirel'in yeni komandası elan edildi: imzalanmağa gedir

Jurnalist 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Səudiyyə Ərəbistanından Dünya Kuboku üçün dəli layihələr: Budur stadionlar və onların xərcləri
  • TFF daha 14 matçın hakimlərini elan etdi
  • FIFA-dan Sivasspor-a transfer qadağası
  • Volkan Demirel'in yeni komandası elan edildi: imzalanmağa gedir
  • Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.