Edin Dzeko ilə razılıq əldə olunub: O, 15 ildən sonra ulduzunun parladığı ölkəyə qayıdır
LivePress ntvspor-a istinadən bildirir:
“Fənərbaxça”nın keçmiş futbolçusu Edin Dzeko “Fiorentina” ilə yollarını ayıraraq 15 ildən sonra Almaniyaya qayıdır. 39 yaşlı futbolçunun karyerasını 2-ci Bundesliqada davam etdirəcəyi iddia edilirdi.
“Fənərbağça”nın sabiq ulduzu Edin Dzeko ötən yay transfer etdiyi “Fiorentina” ilə yollarını ayırır.
Sky Sport Almaniyanın xəbərinə görə; 39 yaşlı oyunçu 2. Bundesliqa təmsilçisi Şalke 04 ilə şifahi razılığa gəlib. Alman klubunun Dzekonun transferi üçün “Fiorentina” ilə danışıqlara başladığı bildirilib.
Xəbərdə “Şalke”nin idman direktoru Frank Baumann və baş məşqçi Miron Musliçin bosniyalı və herseqovinalı mərkəz hücumçusunu razı salmaq üçün sıx səy göstərdiyi bildirilib.
Klublar arasında razılıq əldə olunarsa, Edin Dzeko karyerasını “Şalke”də davam etdirəcək.
“Şalke” 18 həftədən sonra 38 xalla 2-ci Bundesliqada liderdir. Dzeko isə bu mövsüm “Fiorentina” ilə 18 matçda 722 dəqiqə meydanda olub və iki dəfə fərqlənib.
2007-2011-ci illər arasında “Volfsburq”da çıxış edən təcrübəli futbolçu “Şalke”yə keçidi tamamlanarsa, 15 ildən sonra dünya səviyyəli ulduz futbolçuya çevrilən Almaniyaya qayıdacaq. Dzeko 2009-2010 mövsümündə Bundesliqanın bombardiri olub və 2008-2009-cu illərdə liqa çempionluğunu qazanıb.