O, hədəflərini yeni ünvanında davam etdirəcək: 39 yaşlı Edin Dzeko razılığa gəlib
LivePress ntvspor-a istinadən bildirir:
“Fənərbaxça”nın keçmiş futbolçusu Edin Dzeko “Fiorentina” ilə yollarını ayıraraq 15 ildən sonra Almaniyaya qayıdır. Edin Dzeko Almaniya Bundesliqa 2 komandası “Şalke” ilə müqavilə imzalayacaq.
“Fənərbağça”nın sabiq ulduzu Edin Dzeko ötən yay transfer etdiyi “Fiorentina” ilə yollarını ayırır.
Matteo Morettonun xəbərinə görə; Edin Dzekonun tezliklə Almaniyaya gedərək “Şalke 04″lə müqavilə imzalayacağı gözlənilir.
2007-2011-ci illər arasında “Volfsburq”da çıxış edən təcrübəli futbolçu “Şalke”yə keçidində son anda hər hansı bir fəsad olmasa, 15 ildən sonra dünya səviyyəli ulduz futbolçuya çevrildiyi Almaniyaya qayıdacaq.
“Şalke” 18 həftədən sonra 38 xalla 2-ci Bundesliqada liderdir. Dzeko isə bu mövsüm “Fiorentina” ilə 18 matçda 722 dəqiqə meydanda olub və iki dəfə fərqlənib.