OpenAI şirkəti İlon Maskın “qeyri-etik və rəqabətə zidd” davranışlarını araşdırmaq üçün Kaliforniya və Delaver prokurorluqlarına rəsmi müraciət edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət Maskın OpenAI-ni zəiflətmək məqsədilə Mark Zukerberqlə əməkdaşlıq etdiyini və əsassız ittihamlar yaydığını iddia edir. Müraciətdə Maskın qaldırdığı 134 milyard dollarlıq məhkəmə iddiasının qurumun qeyri-kommersiya fəaliyyətini iflic etməyə hesablandığı bildirilir. OpenAI rəhbərliyi bu hərəkətləri süni intellektin bəşəriyyət xeyrinə inkişafına maneə kimi qiymətləndirib. Həmçinin Maskın şirkət rəhbərlərini izlətmək üçün xüsusi detektivlər tutduğu da iddialar arasındadır. Aprelin 27-də başlayacaq məhkəmə öncəsi bu addım tərəflər arasındakı qarşıdurmanı daha da kəskinləşdirib.