Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  
  • Ölkə

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

LIVE PRESS 23/01/2026 3 minutes read
otən-il-azərbaycana-2-milyon-570-mindən-cox-turist-gəlib  

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.

2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan 1,6 dəfə, İordaniyadan 49,9 faiz, Çindən 41,7 faiz, Özbəkistandan 34,3 faiz, Qırğızıstandan 33,7 faiz, Niderlanddan 27,5 faiz, Yaponiyadan 25,8 faiz, Qazaxıstandan 20,1 faiz, İtaliyadan 13,7 faiz, Pakistandan 12,5 faiz, Almaniyadan 11,1 faiz artıb.

2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil edib.

Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  
Next: Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

Related Stories

ispaniya-azərbaycan-ermənistan-normallasma-prosesində-əldə-olunan-irəliləyisləri-yuksək-qiymətləndirir  
  • Ölkə

İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  

LIVE PRESS 23/01/2026 0
otən-il-90-erkən-evliliyə-cəhd-fakti-muəyyən-edilib  
  • Ölkə

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

LIVE PRESS 23/01/2026 0
turkiyə-universitetinin-simali-kiprdəki-kampusu-qarabag-muharibəsi-səhidlərinin-ailə-uzvlərinin-təhsil-xərclərini-odəyəcək  
  • Ölkə

Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  

LIVE PRESS 23/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”
  • Fənərbaxçadan hücumçu transferində Beto sürprizi: Everton cəbhəsindən rəsmi açıqlama
  • B Seriyasından Karagümrükə keçən mərkəz müdafiəçisi: Superliqaya qayıtdı
  • İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  
  • Dursun Özbəkdən Okan Buruk haqqında açıqlama gəldi

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox” ibrahim-hatipoglu-rekord-gəliri-belə-aciqladi:-“iki-rəqibimizin-cəmindən-300-milyon-lirə-cox” 1
  • Idman

İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”

23/01/2026 0
Fənərbaxçadan hücumçu transferində Beto sürprizi: Everton cəbhəsindən rəsmi açıqlama fənərbaxcadan-hucumcu-transferində-beto-surprizi:-everton-cəbhəsindən-rəsmi-aciqlama 2
  • Idman

Fənərbaxçadan hücumçu transferində Beto sürprizi: Everton cəbhəsindən rəsmi açıqlama

23/01/2026 0
B Seriyasından Karagümrükə keçən mərkəz müdafiəçisi: Superliqaya qayıtdı b-seriyasindan-karagumrukə-kecən-mərkəz-mudafiəcisi:-superliqaya-qayitdi 3
  • Idman

B Seriyasından Karagümrükə keçən mərkəz müdafiəçisi: Superliqaya qayıtdı

23/01/2026 0
İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir   ispaniya-azərbaycan-ermənistan-normallasma-prosesində-əldə-olunan-irəliləyisləri-yuksək-qiymətləndirir   4
  • Ölkə

İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  

23/01/2026 0
Dursun Özbəkdən Okan Buruk haqqında açıqlama gəldi dursun-ozbəkdən-okan-buruk-haqqinda-aciqlama-gəldi 5
  • Idman

Dursun Özbəkdən Okan Buruk haqqında açıqlama gəldi

23/01/2026 0

Bir daha bax

ibrahim-hatipoglu-rekord-gəliri-belə-aciqladi:-“iki-rəqibimizin-cəmindən-300-milyon-lirə-cox”
  • Idman

İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”

Jurnalist 23/01/2026 0
fənərbaxcadan-hucumcu-transferində-beto-surprizi:-everton-cəbhəsindən-rəsmi-aciqlama
  • Idman

Fənərbaxçadan hücumçu transferində Beto sürprizi: Everton cəbhəsindən rəsmi açıqlama

Jurnalist 23/01/2026 0
b-seriyasindan-karagumrukə-kecən-mərkəz-mudafiəcisi:-superliqaya-qayitdi
  • Idman

B Seriyasından Karagümrükə keçən mərkəz müdafiəçisi: Superliqaya qayıtdı

Jurnalist 23/01/2026 0
ispaniya-azərbaycan-ermənistan-normallasma-prosesində-əldə-olunan-irəliləyisləri-yuksək-qiymətləndirir  
  • Ölkə

İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  

LIVE PRESS 23/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • İbrahim Hatipoğlu rekord gəliri belə açıqladı: “İki rəqibimizin cəmindən 300 milyon lirə çox”
  • Fənərbaxçadan hücumçu transferində Beto sürprizi: Everton cəbhəsindən rəsmi açıqlama
  • B Seriyasından Karagümrükə keçən mərkəz müdafiəçisi: Superliqaya qayıtdı
  • İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir  
  • Dursun Özbəkdən Okan Buruk haqqında açıqlama gəldi
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.