Oulai transferində yeni inkişaf: Qalatasaray ağzını açdı
LivePress ntvspor-a istinadən bildirir:
“Qalatasaray” “Trabzonspor”un gənc istedadı Kristian Oulai fasilədə heyətinə qatmaq istəyir. İlk təklifi “Trabzonspor” rədd etsə də, sarı-qırmızılılar təklifini artıraraq ikinci dəfə “mavi-göylər”in qapısını döyəcək.
“Trabzonspor”un mövsümün əvvəlində 5,5 milyon avroya “Bastiya”dan heyətinə qatdığı Kristian Oulai ilk yarıdakı çıxışı ilə diqqət çəkib. Fasilə zamanı yarımmüdafiəçi transfer etmək istəyən “Qalatasaray” 19 yaşlı futbolçu üçün “Trabzonspor”un qapısını döyüb.
“Trabzonspor” “Qalatasaray”ın ilk 20 milyon avroluq təklifini rədd edib. Sarı-qırmızılar təkliflərinə yenidən baxacaq və əzəli rəqibinin qapısını yenidən döyəcək.
HT Sporun xəbərinə görə, Qalatasaray Oulai üçün təklifini 25 milyon avroya yüksəldəcək və Əhməd Kutucunun transfer xidmətini təklif edəcək.
Xəbərə görə, “Trabzonspor”un Oulainin transferindən gözləntisi 40 milyon avronun üzərindədir. Fil Dişi Sahilinin futbolçusu bu mövsüm karyerasında ilk dəfə milli komandaya seçilib.
Trabzonspor ilə 2030-cu ilə qədər müqaviləsi olan Oulai bu mövsüm 11 matçda meydana çıxıb və 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.