LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Roszdravnadzor Moskva vilayətindəki özəl klinikalardan birində qadının ölüm şəraitini yoxlayır.
İdarənin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə , qadın Podolskdakı özəl klinikalardan birində yırtığın çıxarılması əməliyyatı zamanı dünyasını dəyişib.
“Roszdravnadzor-un Moskva və Moskva vilayəti üzrə ərazi orqanı bu hadisənin baş vermə şəraitini yoxlayacaq”, – məlumatda deyilir.