Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 3 minutes read
parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Anar İsgəndərov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, habelə “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil edildiyini söyləyib.

Sonra komitə sədri payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O, iş planına qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, habelə qanunlarda ediləcək dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini, habelə sessiya ərzində təhsillə bağlı ictimai dinləmələrin keçirilməsinin və digər tədbirlərin nəzərdə tutulduğunu söyləyib.

İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrini təqdim edib.

Nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasına əsasən, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir.

“Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən şöbə müdiri layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, sənədə dair heç bir əlavə qeydin olmadığını bildirib.

Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
Next: Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  

Related Stories

yap-veteranlar-surasinin-iclasi-kecirilib  
  • Ölkə

YAP Veteranlar Şurasının iclası keçirilib  

LIVE PRESS 22/01/2026 0
amerikali-konqresmenlər-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-bəyanat-veriblər  
  • Ölkə

Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  

LIVE PRESS 22/01/2026 0
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • YAP Veteranlar Şurasının iclası keçirilib  
  • Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  
  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

YAP Veteranlar Şurasının iclası keçirilib   yap-veteranlar-surasinin-iclasi-kecirilib   1
  • Ölkə

YAP Veteranlar Şurasının iclası keçirilib  

22/01/2026 0
Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər   amerikali-konqresmenlər-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-bəyanat-veriblər   2
  • Ölkə

Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  

22/01/2026 0
Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib 3
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

22/01/2026 0
2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub 2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub 4
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

22/01/2026 0
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib   qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib   5
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

22/01/2026 0

Bir daha bax

yap-veteranlar-surasinin-iclasi-kecirilib  
  • Ölkə

YAP Veteranlar Şurasının iclası keçirilib  

LIVE PRESS 22/01/2026 0
amerikali-konqresmenlər-20-yanvar-faciəsinin-ildonumu-ilə-bagli-bəyanat-veriblər  
  • Ölkə

Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  

LIVE PRESS 22/01/2026 0
parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 0
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • YAP Veteranlar Şurasının iclası keçirilib  
  • Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər  
  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.