Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin açılışında iştirak edib.
  • Ölkə

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin açılışında iştirak edib.

LIVE PRESS 28/10/2025
prezident-ilham-eliyev-cəbrayil-rayonunun-horovlu-kəndinin-birinci-mərhələsinin-acilisinda-istirak-edib  

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.

Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi.

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edilib.
Next: Prezident İlham Əliyev Cəbrayıl rayonunda.

Related Stories

giorgi-volski:-azərbaycan-və-ermənistan-arasinda-danisiqlar-prosesi-cənubi-qafqazda-sulhun-bərqərar-olmasi-ucun-xususi-əhəmiyyət-kəsb-edir  
  • Ölkə

Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  

LIVE PRESS 29/10/2025
elan
  • Ölkə

ELAN

LIVE PRESS 29/10/2025
turkiyə-parlamentinin-deputati-xankəndi-və-susa-səhərlərində-olub
  • Ölkə

Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub

LIVE PRESS 29/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  
  • ELAN
  • Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub
  • 55 milyon dollarlıq ticarət həcmi.
  • Bu gün kriptoda baş verənlər.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir   giorgi-volski:-azərbaycan-və-ermənistan-arasinda-danisiqlar-prosesi-cənubi-qafqazda-sulhun-bərqərar-olmasi-ucun-xususi-əhəmiyyət-kəsb-edir   1
  • Ölkə

Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  

29/10/2025
ELAN elan 2
  • Ölkə

ELAN

29/10/2025
Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub turkiyə-parlamentinin-deputati-xankəndi-və-susa-səhərlərində-olub 3
  • Ölkə

Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub

29/10/2025
55 milyon dollarlıq ticarət həcmi. bitwise-solana-stok-etf,-debutdə-55-milyon-dollarliq-ticarət-həcmi 4
  • Biznes

55 milyon dollarlıq ticarət həcmi.

29/10/2025
Bu gün kriptoda baş verənlər. bu-gun-bu-gun-crypto-da-bas-verənlər 5
  • Biznes

Bu gün kriptoda baş verənlər.

29/10/2025

Bir daha bax

giorgi-volski:-azərbaycan-və-ermənistan-arasinda-danisiqlar-prosesi-cənubi-qafqazda-sulhun-bərqərar-olmasi-ucun-xususi-əhəmiyyət-kəsb-edir  
  • Ölkə

Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  

LIVE PRESS 29/10/2025
elan
  • Ölkə

ELAN

LIVE PRESS 29/10/2025
turkiyə-parlamentinin-deputati-xankəndi-və-susa-səhərlərində-olub
  • Ölkə

Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub

LIVE PRESS 29/10/2025
bitwise-solana-stok-etf,-debutdə-55-milyon-dollarliq-ticarət-həcmi
  • Biznes

55 milyon dollarlıq ticarət həcmi.

Jurnalist 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  
  • ELAN
  • Türkiyə Parlamentinin deputatı Xankəndi və Şuşa şəhərlərində olub
  • 55 milyon dollarlıq ticarət həcmi.
  • Bu gün kriptoda baş verənlər.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.