Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Prezident İlham Əliyev Zəngilan rayonunda.
  • Ölkə

Prezident İlham Əliyev Zəngilan rayonunda.

LIVE PRESS 28/10/2025
prezident-ilham-eliyev-zəngilanin-agali-kəndinin-2-ci-mərhələsinin-və-məmmədbəyli-kəndinin-acilislarinda-istirak-edib

Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.

x x x

Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib.

Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.

Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

 

 

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Prezident İlham Əliyev Cəbrayıl rayonunda.
Next: Rəqəmsal Xəzinədarlıq firması Sharplink.

Related Stories

prezident-ilham-eliyev:-bugunku-realliq,-bugunku-gun-ədalətin-təntənəsidir  
  • Ölkə

Prezident İlham Əliyev: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir.

LIVE PRESS 29/10/2025
azərbaycan-prezidenti:-zəngilan-cox-onəmli-nəqliyyat-mərkəzlərindən-birinə-cevriləcək  
  • Ölkə

Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək.

LIVE PRESS 29/10/2025
prezident-ilham-eliyev-cəbrayil-rayonunda-“səfəq”-gunəs-elektrik-stansiyasina-gedən-avtomobil-yolunun-acilisinda-istirak-edib  
  • Ölkə

Prezident İlham Əliyev Cəbrayıl rayonunda.

LIVE PRESS 28/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • 55 milyon dollarlıq ticarət həcmi.
  • Bu gün kriptoda baş verənlər.
  • OceanPal, NEAR üçün 120 milyon dollar toplayır.
  • Norveç vergi orqanı, kripto hesabatında 30% artım görür.
  • Bitkoinin qiyməti ABŞ-Çin razılaşmasına qədər.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

55 milyon dollarlıq ticarət həcmi. bitwise-solana-stok-etf,-debutdə-55-milyon-dollarliq-ticarət-həcmi 1
  • Biznes

55 milyon dollarlıq ticarət həcmi.

29/10/2025
Bu gün kriptoda baş verənlər. bu-gun-bu-gun-crypto-da-bas-verənlər 2
  • Biznes

Bu gün kriptoda baş verənlər.

29/10/2025
OceanPal, NEAR üçün 120 milyon dollar toplayır. oceanpal,-token-treasury-company-yaxinliginda-qurmaq-ucun-120-milyon-dollar-artirir 3
  • Biznes

OceanPal, NEAR üçün 120 milyon dollar toplayır.

29/10/2025
Norveç vergi orqanı, kripto hesabatında 30% artım görür. norvec-vergi-orqani,-crypto-hesabatinda-30%-atlama-gorur 4
  • Biznes

Norveç vergi orqanı, kripto hesabatında 30% artım görür.

29/10/2025
Bitkoinin qiyməti ABŞ-Çin razılaşmasına qədər. bitcoin'in-'ping-pong'-qiyməti-fəaliyyət-fomc-və-abs-cin-razilasmasina-qədər-yapisacaq 5
  • Biznes

Bitkoinin qiyməti ABŞ-Çin razılaşmasına qədər.

29/10/2025

Bir daha bax

bitwise-solana-stok-etf,-debutdə-55-milyon-dollarliq-ticarət-həcmi
  • Biznes

55 milyon dollarlıq ticarət həcmi.

Jurnalist 29/10/2025
bu-gun-bu-gun-crypto-da-bas-verənlər
  • Biznes

Bu gün kriptoda baş verənlər.

Jurnalist 29/10/2025
oceanpal,-token-treasury-company-yaxinliginda-qurmaq-ucun-120-milyon-dollar-artirir
  • Biznes

OceanPal, NEAR üçün 120 milyon dollar toplayır.

Jurnalist 29/10/2025
norvec-vergi-orqani,-crypto-hesabatinda-30%-atlama-gorur
  • Biznes

Norveç vergi orqanı, kripto hesabatında 30% artım görür.

Jurnalist 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • 55 milyon dollarlıq ticarət həcmi.
  • Bu gün kriptoda baş verənlər.
  • OceanPal, NEAR üçün 120 milyon dollar toplayır.
  • Norveç vergi orqanı, kripto hesabatında 30% artım görür.
  • Bitkoinin qiyməti ABŞ-Çin razılaşmasına qədər.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.