Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 
  • Ölkə

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

LIVE PRESS 21/01/2026 5 minutes read
prezident-ilham-eliyevin-davosda-səsləndirdiyi-fikirlər-beynəlxalq-mətbuat-tərəfindən-genis-isiqlandirilib 

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslini bağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti çıxışında beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana neft göndərilib.

Məqalələrdə xüsusilə vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında bu addım regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün vacib dönüş nöqtəsidir və bunun bu mötəbər forum çərçivəsində Avrasiyaya həsr olunmuş toplantıda ifadə olunması mühüm əhəmiyyət kəsb edir.

“gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“ portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib. Prezident Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edir. Bu geniş şəbəkə Azərbaycanı boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı qlobal ölkələrdən birinə çevirir ki, bu da təhlükəsiz və etibarlı enerji infrastrukturunun ön plana çıxdığı bir bazarda mühüm fərqləndirici cəhətdir.

Bir sıra mətbu orqanları isə Azərbaycan Prezidentinin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dair fikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“, “life.ru“, “Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb. Qeyd edilib ki, qaz hasilatının artması fonunda hazırda ölkə “qara qızıl”ın hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlar var.

Bununla yanaşı, Prezident İlham Əliyev əsas prioritetin iqtisadiyyatın şaxələndirilməsi olduğunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti yaşıl enerjinin artan roluna diqqət çəkərək deyib: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik”.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.

Related Stories

prezident-ilham-eliyev:-azərbaycan-sulh-surasina-qosularaq,-onun-nəcib-missiyasini-paylasacaq 
  • Ölkə

Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq 

LIVE PRESS 21/01/2026 0
prezident-ilham-eliyev:-artiq-16-olkəyə-təbii-qaz-ixrac-edirik-və-onlarin-10-u-avropa-ittifaqinin-uzvudur  
  • Ölkə

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  

LIVE PRESS 21/01/2026 0
prezident-ilham-eliyev-davosda-“euronews”-televiziyasina-musahibə-verib
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

LIVE PRESS 21/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 
  • Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.
  • Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?
  • Fənərbaxçanın gündəmində olan 40 milyon avroluq hücumçudan flaş qərar: O, istəyini rəhbərliyə bildirdi
  • Türkiyə kubokunun final tarixləri açıqlanıb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb  prezident-ilham-eliyevin-davosda-səsləndirdiyi-fikirlər-beynəlxalq-mətbuat-tərəfindən-genis-isiqlandirilib  1
  • Ölkə

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

21/01/2026 0
Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik. tramp:-dunyanin-qorunmasi-ucun-bu-boyuk-buz-parcasini-istəyirik   2
  • Dünya

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.

21/01/2026 0
Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı? besiktasda-novbəti-ayriliq-ndidi-ilə-olacaqmi?-mancester-yunayted-iddialari 3
  • Idman

Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?

21/01/2026 0
Fənərbaxçanın gündəmində olan 40 milyon avroluq hücumçudan flaş qərar: O, istəyini rəhbərliyə bildirdi fənərbaxcanin-gundəmində-olan-40-milyon-avroluq-hucumcudan-flas-qərar:-o,-istəyini-rəhbərliyə-bildirdi 4
  • Idman

Fənərbaxçanın gündəmində olan 40 milyon avroluq hücumçudan flaş qərar: O, istəyini rəhbərliyə bildirdi

21/01/2026 0
Türkiyə kubokunun final tarixləri açıqlanıb turkiyə-kubokunun-final-tarixləri-aciqlanib 5
  • Idman

Türkiyə kubokunun final tarixləri açıqlanıb

21/01/2026 0

Bir daha bax

prezident-ilham-eliyevin-davosda-səsləndirdiyi-fikirlər-beynəlxalq-mətbuat-tərəfindən-genis-isiqlandirilib 
  • Ölkə

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 

LIVE PRESS 21/01/2026 0
tramp:-dunyanin-qorunmasi-ucun-bu-boyuk-buz-parcasini-istəyirik  
  • Dünya

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.

LIVE PRESS 21/01/2026 0
besiktasda-novbəti-ayriliq-ndidi-ilə-olacaqmi?-mancester-yunayted-iddialari
  • Idman

Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?

Jurnalist 21/01/2026 0
fənərbaxcanin-gundəmində-olan-40-milyon-avroluq-hucumcudan-flas-qərar:-o,-istəyini-rəhbərliyə-bildirdi
  • Idman

Fənərbaxçanın gündəmində olan 40 milyon avroluq hücumçudan flaş qərar: O, istəyini rəhbərliyə bildirdi

Jurnalist 21/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb 
  • Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik.
  • Beşiktaşda növbəti ayrılıq Ndidi ilə olacaqmı?
  • Fənərbaxçanın gündəmində olan 40 milyon avroluq hücumçudan flaş qərar: O, istəyini rəhbərliyə bildirdi
  • Türkiyə kubokunun final tarixləri açıqlanıb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.