Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib
  • Ölkə

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

LIVE PRESS 21/01/2026 4 minutes read
psixologiya-elmi-tədqiqat-institutunda-20-yanvar-–-umumxalq-huzn-gununə-həsr-olunmus-gorus-kecirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

Görüşdə AMEA-nın müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov və institutun əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra professor Bəxtiyar Əliyev 20 Yanvar faciəsinin tarixi, siyasi və mənəvi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, 36 il əvvəl baş verən bu qanlı hadisələr Azərbaycan xalqının mərdliyini, əyilməzliyini və azadlıq iradəsini bütün dünyaya nümayiş etdirdi. Sovet ordusunun ağır texnika və silahlarla dinc əhaliyə qarşı törətdiyi qırğınlara baxmayaraq, xalqımız müstəqillik ideyasından geri çəkilmədi və bu yol uğrunda canından keçməyə hazır olan yüzlərlə qəhrəman yetişdirdi.

Professor qeyd edib ki, 20 Yanvar faciəsi yalnız dərin hüzn günü deyil, eyni zamanda milli oyanışın, azadlıq və suverenlik mübarizəsinin dönüş nöqtəsidir. O vurğulayıb ki, müstəqillik əldə edildikdən sonra da Azərbaycan dövləti ciddi siyasi və hərbi təzyiqlərlə üz-üzə qalmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu, hüquqi dövlət quruculuğuna və güclü milli ordu formalaşdırılmasına başlanıldı.

Bəxtiyar Əliyev çıxışında xüsusi vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin uğurlu, qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti öz suverenliyini tam bərpa edib, milli maraqlarını beynəlxalq müstəvidə inamla müdafiə edən güclü siyasi subyektə çevrilib. O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən strateji qərarlar Azərbaycanın hərbi, iqtisadi və diplomatik gücünü daha da möhkəmləndirib, xalqımızın tarixi ədaləti bərpa etməsinə şərait yaradıb. Professor qeyd edib ki, bu gün Azərbaycan siyasi iradəsi, milli birliyi və qüdrətli ordusu ilə dünyaya öz sözünü deyən qalib dövlətdir.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edərək 20 Yanvar hadisələrinin psixoloji və mənəvi aspektlərinə toxunub. O bildirib ki, bu faciə xalqımızın kollektiv yaddaşında dərin izlər buraxmaqla yanaşı, milli kimliyin formalaşmasında, vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayıb. Elnur Rüstəmov vurğulayıb ki, şəhidlik anlayışı Azərbaycan cəmiyyətində yalnız itki deyil, eyni zamanda mənəvi güc, milli qürur və tarixi məsuliyyət simvoludur.

İnstitut sədri qeyd edib ki, belə faciələrin xatırlanması və düzgün şəkildə dəyərləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının qorunması, gənc nəsildə sağlam milli şüurun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı institutun əməkdaşları da çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin, bu faciənin gənc nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini bildiriblər. Onlar qeyd ediblər ki, bu kimi anım tədbirləri milli yaddaşın qorunmasına, cəmiyyətimizdə birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Şəhidlərimizin xatirəsinin hər zaman qürur və ehtiramla anılması, şərəfli tariximizin unudulmaması hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: İnsanabənzər robotlar indi aviasiya sənayesindədir.
Next: Okan Buruk: “Osimhen dünən heyətə qoşuldu”

Related Stories

prezident-ilham-eliyev:-artiq-16-olkəyə-təbii-qaz-ixrac-edirik-və-onlarin-10-u-avropa-ittifaqinin-uzvudur  
  • Ölkə

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  

LIVE PRESS 21/01/2026 0
azərbaycan-konulluləri-20-yanvar-səhidlərinin-əziz-xatirəsini-yad-ediblər
  • Ölkə

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

LIVE PRESS 21/01/2026 0
prezident-ilham-eliyev-davosda-“euronews”-televiziyasina-musahibə-verib
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

LIVE PRESS 21/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  
  • Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
  • Zeynep Sönməzdən bir ilk. Avstraliya Açıq çempionatının 3-cü mərhələsinə yüksəldi
  • Bu günün idman səhifələrindən diqqət çəkən məqamlar (21 yanvar 2026-cı il idman xəbərləri)
  • Çempionlar Liqasının 7-ci həftəsinin ilk günü sürprizlərlə zəngin olub

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür   prezident-ilham-eliyev:-artiq-16-olkəyə-təbii-qaz-ixrac-edirik-və-onlarin-10-u-avropa-ittifaqinin-uzvudur   1
  • Ölkə

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  

21/01/2026 0
Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər azərbaycan-konulluləri-20-yanvar-səhidlərinin-əziz-xatirəsini-yad-ediblər 2
  • Ölkə

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

21/01/2026 0
Zeynep Sönməzdən bir ilk. Avstraliya Açıq çempionatının 3-cü mərhələsinə yüksəldi zeynep-sonməzdən-bir-ilk.-avstraliya-aciq-cempionatinin-3-cu-mərhələsinə-yuksəldi 3
  • Idman

Zeynep Sönməzdən bir ilk. Avstraliya Açıq çempionatının 3-cü mərhələsinə yüksəldi

21/01/2026 0
Bu günün idman səhifələrindən diqqət çəkən məqamlar (21 yanvar 2026-cı il idman xəbərləri) bu-gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(21-yanvar-2026-ci-il-idman-xəbərləri) 4
  • Idman

Bu günün idman səhifələrindən diqqət çəkən məqamlar (21 yanvar 2026-cı il idman xəbərləri)

21/01/2026 0
Çempionlar Liqasının 7-ci həftəsinin ilk günü sürprizlərlə zəngin olub cempionlar-liqasinin-7-ci-həftəsinin-ilk-gunu-surprizlərlə-zəngin-olub 5
  • Idman

Çempionlar Liqasının 7-ci həftəsinin ilk günü sürprizlərlə zəngin olub

21/01/2026 0

Bir daha bax

prezident-ilham-eliyev:-artiq-16-olkəyə-təbii-qaz-ixrac-edirik-və-onlarin-10-u-avropa-ittifaqinin-uzvudur  
  • Ölkə

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  

LIVE PRESS 21/01/2026 0
azərbaycan-konulluləri-20-yanvar-səhidlərinin-əziz-xatirəsini-yad-ediblər
  • Ölkə

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

LIVE PRESS 21/01/2026 0
zeynep-sonməzdən-bir-ilk.-avstraliya-aciq-cempionatinin-3-cu-mərhələsinə-yuksəldi
  • Idman

Zeynep Sönməzdən bir ilk. Avstraliya Açıq çempionatının 3-cü mərhələsinə yüksəldi

Jurnalist 21/01/2026 0
bu-gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(21-yanvar-2026-ci-il-idman-xəbərləri)
  • Idman

Bu günün idman səhifələrindən diqqət çəkən məqamlar (21 yanvar 2026-cı il idman xəbərləri)

Jurnalist 21/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  
  • Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
  • Zeynep Sönməzdən bir ilk. Avstraliya Açıq çempionatının 3-cü mərhələsinə yüksəldi
  • Bu günün idman səhifələrindən diqqət çəkən məqamlar (21 yanvar 2026-cı il idman xəbərləri)
  • Çempionlar Liqasının 7-ci həftəsinin ilk günü sürprizlərlə zəngin olub
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.