Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Qətiyyətli siyasətin diktəsi
  • Ölkə

Qətiyyətli siyasətin diktəsi

LIVE PRESS 06/12/2025
qətiyyətli-siyasətin-diktəsi

Qətiyyətli siyasətin diktəsi

Son beş ildir Cənubi Qafqazda müşahidə olunan sabitlik, ölkələrarası münasibətlərdə normallaşma və de-fakto sülhün əldə edilməsi Azərbaycanın bu istiqamətdə yürütdüyü qətiyyətli siyasətin yaratdığı reallıqlardır. Bu gün münaqişədən uzaq bölgə kimi çoxsaylı ölkələrin əməkdaşlıq üçün maraq dairəsinə düşən Cənubi Qafqazda kommunikasiyaların açılması və Orta dəhlizin vacib hissəsinə çevriləcək Zəngəzur dəhlizi (TRIPP) kimi nəhəng layihənin timsalında regionun inkişaf və tərəqqi vəd edən strateji məkana çevriləcəyi gün kimi aydındır. 

Bütün bunlar Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, onun sülh gündəliyinə sadiqliyinin uğurlu nəticələridir. Ölkəmizin bölgədə sülhü təşviq edən səyləri beynəlxalq müstəvidə də təqdir edilir və yüksək qiymətləndirilir.

Dekabrın 4-də Almaniya Kansleri Fridrix Merts də Prezident İlham Əliyevə zəng edərək, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edən Prezident İlham Əliyev isə ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Sülh yolu

Torpaqlarının 20 faizi işğal altında olanda belə münaqişənin sülh yolu ilə tənzimlənməsi tərəfdarı olan ölkəmiz  döyüş yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra da sülh təşəbbüslərini irəli sürməklə dünyada nümunə yaradıb. İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Azərbaycan sülh üçün lazım olan vacib addımları atmağa başlayıb, iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşı tərəfə beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən 5 baza prinsip təqdim edib. Ancaq Ermənistanın qeyri-konstruktivlik sərgiləməsi və üçüncü tərəflərin müdaxiləsi bir neçə il ərzində sülh istiqamətində hansısa irəliləyişlərin əldə olunmasına mane olub. Bunun başlıca səbəblərindən biri də İrəvanın Bakı ilə birgə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətdən yayınması idi. Ermənistan hətta sülh müqaviləsi bağlansa belə, adıçəkilən qrupun mövcudluğunu qoruyub saxlamaq, bununla gələcəkdə ölkəmizə qarşı yenidən ərazi iddiaları və digər təxribatlar üçün siyasi zəmin hazırlamaq istəyirdi. Çünki yarandığı 1992-ci ildən etibarən bu qrup münaqişənin danışıqlar vasitəsilə həllinə deyil, sözün əsl mənasında, onun sonsuzadək dondurulmasına çalışırdı. Həmsədrlərin müharibə variantını qəti şəkildə rədd etməsi də mövcud vəziyyətin Ermənistana sərf etdiyi və onun xeyrinə olduğu üçün idi. Ancaq Azərbaycan Minsk qrupunun 28 il ərzində danışıqlar vasitəsilə həll etmək istəmədiyi münaqişəni cəmi 44 gün ərzində hərb yolu ilə həll etdi. Ölkəmizin  bu qələbəsi Minsk qrupunun da fəaliyyətinə de-fakto son qoydu. 

“Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır…”, – deyə hələ 2022-ci ildə Prezident İlham Əliyev ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyətini dəqiq qiymətləndirmişdi. 

Bunlar da göstərirdi ki, tam iflasa uğramış ATƏT-in Minsk qrupunun hüquqi olaraq buraxılmasının vaxtı çoxdan yetişib. 

Bölgənin ən dinc və sabit dövrü 

Bu il avqustun 8-də Vaşinqton  sammitində iki ölkə arasında normallaşma istiqamətində fundamental təməllər qoyuldu.  Həmin tarixdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamə imzalandı. Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı.

Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladılar. 

Cari il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. Qeyd edək ki, müvafiq qərar  Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci ildə ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu.

Bununla əlaqədar ATƏT-in bəyanatında bildirilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi.

Beləliklə, bu qrup de-yure ləğv edildi və Qarabağ məsələsi beynəlxalq müstəvidə də tamamilə bağlandı. 

4 dekabrda Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı Minsk prosesinin başa çatması prosesinə toxunan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub: “Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir”.

Sözügedən tarixdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə də görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton Sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. İşğal dövrünün qalıqları olan Minsk prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.

Bütün bu tarixi nailiyyətlərin fonunda da göründüyü kimi, Azərbaycanın davamlı səyləri və qətiyyətli addımları bölgədə dayanıqlı sülh, rifah və tərəqqi üçün tarixi şərait formalaşdırıb.  

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous:  “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

Related Stories

 “naxcivan-muxtar-respublikasinin-2026-ci-il-budcəsi-haqqinda”-qanun-layihəsi-ali-məclis-komitələrinin-birgə-iclasinda-muzakirə-edilib  
  • Ölkə

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

LIVE PRESS 06/12/2025
azərbaycan-respublikasi-emək-və-ehalinin-sosial-mudafiəsi-nazirliyi-tabeliyində-sosial-xidmətlər-agentliyi-“muvafiq-qanunvericiliyə-əsasən-imtiyazli-kateqoriyadan-olan-səxslərə-sanatoriya-kurort-putyovkalarinin-(yollayislarin)-alinmasi”-adli-təkrar-musabi
  • Ölkə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması” adlı təkrar müsabi

LIVE PRESS 06/12/2025
etibarli-tərəfdas-konsepsiyas
  • Ölkə

Etibarlı Tərəfdaş Konsepsiyas

LIVE PRESS 06/12/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Qətiyyətli siyasətin diktəsi
  •  “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  
  • NASA-dan dərin məkanın şəkli: kx andromedae
  • ASELSAN Göksur'u uğurla sınadı
  • Avropa Kosmik Agentliyində sirli ziyarətçiyə gözləri var

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Qətiyyətli siyasətin diktəsi qətiyyətli-siyasətin-diktəsi 1
  • Ölkə

Qətiyyətli siyasətin diktəsi

06/12/2025
 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib    “naxcivan-muxtar-respublikasinin-2026-ci-il-budcəsi-haqqinda”-qanun-layihəsi-ali-məclis-komitələrinin-birgə-iclasinda-muzakirə-edilib   2
  • Ölkə

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

06/12/2025
NASA-dan dərin məkanın şəkli: kx andromedae nasa-dan-dərin-məkanin-səkli:-kx-andromedae 3
  • Texnologiya

NASA-dan dərin məkanın şəkli: kx andromedae

06/12/2025
ASELSAN Göksur'u uğurla sınadı aselsan-goksur'u-ugurla-sinadi 4
  • Texnologiya

ASELSAN Göksur'u uğurla sınadı

06/12/2025
Avropa Kosmik Agentliyində sirli ziyarətçiyə gözləri var avropa-kosmik-agentliyində-sirli-ziyarətciyə-gozləri-var 5
  • Texnologiya

Avropa Kosmik Agentliyində sirli ziyarətçiyə gözləri var

06/12/2025

Bir daha bax

qətiyyətli-siyasətin-diktəsi
  • Ölkə

Qətiyyətli siyasətin diktəsi

LIVE PRESS 06/12/2025
 “naxcivan-muxtar-respublikasinin-2026-ci-il-budcəsi-haqqinda”-qanun-layihəsi-ali-məclis-komitələrinin-birgə-iclasinda-muzakirə-edilib  
  • Ölkə

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

LIVE PRESS 06/12/2025
nasa-dan-dərin-məkanin-səkli:-kx-andromedae
  • Texnologiya

NASA-dan dərin məkanın şəkli: kx andromedae

Jurnalist 06/12/2025
aselsan-goksur'u-ugurla-sinadi
  • Texnologiya

ASELSAN Göksur'u uğurla sınadı

Jurnalist 06/12/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Qətiyyətli siyasətin diktəsi
  •  “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  
  • NASA-dan dərin məkanın şəkli: kx andromedae
  • ASELSAN Göksur'u uğurla sınadı
  • Avropa Kosmik Agentliyində sirli ziyarətçiyə gözləri var
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.