Qalatasarayda transfer sükutu bitdi, ilk bomba partladı: İstanbula gəlir
LivePress ntvspor-a istinadən bildirir:
“Qalatasaray”da ara transfer dövrünün ilk imzası atılır. “Sarı-qırmızılar” “Napoli”də çıxış edən Noa Lanqı almaq opsiyonu ilə icarə əsasında heyətinə qatmağa çox yaxındır. Çempionlar Liqasının son “Napoli” matçında zədələnərək “Kopenhagen”lə oyunu tərk edən Lanqın son durumu da bəlli olub.
“Qalatasaray” ara transfer dövrü ilə bağlı səssizliyini pozmağa hazırlaşır. Sarı-qırmızılılar bir müddətdir davam etdirdikləri Noa Lanq transferini yekunlaşdırmağa çox yaxındırlar.
“BeIN Sports”un məlumatına görə, “Qalatasaray” Noa Lanqı almaq opsiyonu ilə icarəyə götürəcək. 26 yaşlı futbolçunun tezliklə İstanbula gələcəyi gözlənilir. Son Kopenhagen matçında zədələnən futbolçunun ciddi probleminin olmadığı bildirilib.
Noa Lanq bu mövsüm “Napoli”nin heyətində 27 matçda iştirak edib. 26 yaşlı futbolçu bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Langın bazar dəyəri 25 milyon avro olaraq göstərilir.