Qalatasaraydan isə ikinci transfer gəldi: Bu gecə İstanbulda.
LivePress ntvspor-a istinadən bildirir:
Noa Lanqın transferindən sonra “Qalatasaray” da Yaser Asprilla transfer edir. Kolumbiyalı futbolçu sarı-qırmızılılar üçün müqavilə imzalamaq üçün İstanbula gəlir.
Qalatasaray transferi sürətləndirdi. “Napoli”dən Noa Lanqı icarəyə götürən sarı-qırmızılılar indi Yaser Asprilla ilə işini bitirib.
HT Sporun xəbərinə görə, Asprilla bu axşam İstanbula gəlir. 22 yaşlı futbolçu “Qalatasaray”ın Noa Lanqdan sonra ara transfer dövründə heyətinə qatdığı ikinci futbolçu olacaq.
Asprillanın saat 22.30-23.00 radələrində İstanbulda olacağı gözlənilir.
Cinahlarda və 10 nömrəli rolda çıxış edən Asprilla bu mövsüm “Jirona”nın heyətində 17 matçda iştirak edib və 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Asprillanın bazar dəyəri 12 milyon avro olaraq göstərilir.