Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

LIVE PRESS 24/01/2026 4 minutes read
qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüşdə Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı. Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd etdilər. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin amerikalı həmkarı ilə görüşü Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın və liderlər arasında formalaşmış siyasi etimadın göstəricisidir: “Ümumiyyətlə, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ölkələrimiz arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-yə səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində  xüsusi əhəmiyyət kəsb etdi. ABŞ Prezidenti Donald Trampın dəvətilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Əminliklə söyləmək olar ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyərək, keyfiyyətcə yeni – strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Həmin səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə “Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun,  ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da bunun təsdiqidir”.

Vaşinqtonda keçirilən görüşün region tarixində xüsusi yer tutan böyük siyasi hadisə olduğunu qeyd edən deputat əlavə edib ki, Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verib və əməkdaşlıq üçün geniş imkanlar açıb. Regionda artıq yeni reallıq formalaşır və bunun mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır. “Azərbaycanın ABŞ tərəfindən Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması da ölkələrimiz arasında qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin növbəti göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisidir”, – deyə V.Rəhimzadə yekunda bildirib.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Adını Vətənin azadlıq tarixinə yazdı
Next: Cəmiyyət öz gücünü birləşdirərsə…

Related Stories

azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2025-ci-il-24-fevral-tarixli-46-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“lisenziyalar-və-icazələr-haqqinda”-azərbaycan-respublikasi-qanununun-2-nomrəli-əlavəsinin-6-ci-və-7-ci-maddələrində-nəzərdə-tutulan-fəaliyyət-n
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

LIVE PRESS 24/01/2026 0
ali-məhkəmə-plenumunun-2025-ci-ilin-yekunlarina-həsr-olunmus-iclasi-kecirilib
  • Ölkə

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

LIVE PRESS 24/01/2026 0
hərbi-attase:-azərbaycan-və-turkiyə-səhidləri-cəsarət-və-fədakarliq-mucəssəməsidir
  • Ölkə

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”
  • Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi
  • Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər
  • Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir” ernest-muci-fatih-tekkeyə-minnətdardir:-“hər-məsqci-bunu-etmir” 1
  • Idman

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”

24/01/2026 0
Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi samsunspor-kocaelispor-matcinda-qol-vurulmadi:-2,5-ayliq-həsrət-davam-etdi 2
  • Idman

Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi

24/01/2026 0
Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər fənərbaxca-matci-oncəsi-tayfur-bingoldən-kocaelispora-pis-xəbər 3
  • Idman

Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər

24/01/2026 0
Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq” nuri-sahin:-“qələbəni-haqq-edən-tərəf-biz-olduq” 4
  • Idman

Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”

24/01/2026 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n azərbaycan-respublikasi-nazirlər-kabinetinin-2025-ci-il-24-fevral-tarixli-46-nomrəli-qərari-ilə-təsdiq-edilmis-“lisenziyalar-və-icazələr-haqqinda”-azərbaycan-respublikasi-qanununun-2-nomrəli-əlavəsinin-6-ci-və-7-ci-maddələrində-nəzərdə-tutulan-fəaliyyət-n 5
  • Ölkə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n

24/01/2026 0

Bir daha bax

ernest-muci-fatih-tekkeyə-minnətdardir:-“hər-məsqci-bunu-etmir”
  • Idman

Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”

Jurnalist 24/01/2026 0
samsunspor-kocaelispor-matcinda-qol-vurulmadi:-2,5-ayliq-həsrət-davam-etdi
  • Idman

Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi

Jurnalist 24/01/2026 0
fənərbaxca-matci-oncəsi-tayfur-bingoldən-kocaelispora-pis-xəbər
  • Idman

Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər

Jurnalist 24/01/2026 0
nuri-sahin:-“qələbəni-haqq-edən-tərəf-biz-olduq”
  • Idman

Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”

Jurnalist 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Ernest Muçi Fatih Tekkeyə minnətdardır: “Hər məşqçi bunu etmir”
  • Samsunspor-Kocaelispor matçında qol vurulmadı: 2,5 aylıq həsrət davam etdi
  • Fənərbaxça matçı öncəsi Tayfur Bingöldən Kocaelispora pis xəbər
  • Nuri Şahin: “Qələbəni haqq edən tərəf biz olduq”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət n
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.