
Qızılın qiymətində rekord ucuzlaşma qeydə alınıb
Son dövrlər qızıl və gümüşün dünya bazarlarında müşahidə olunan qiymət artımı kəskin ucuzlaşma ilə əvəz olunub.
“Bloomberg” agentliyinin məlumata görə, oktyabrın 21-də qızılın qiyməti 6,3 faiz ucuzlaşaraq son 12 ilin ən böyük enişini yaşayıb. Gümüş isə 8,7 faiz dəyər itirib.
Hazırda qızılın bir unsiyasının qiyməti 4 min 145 dollardır, halbuki bir müddət əvvəl ABŞ-Çin ticarət münaqişəsinin dərinləşməsi fonunda bu göstərici 4400 dollara qədər yüksəlmişdi.
Qeyd edək ki, “Bank of America”nın analitikləri 2026-cı ildə qızılın bir unsiyasının qiymətinin 5 min dollara, gümüşün unsiyasının qiymətinin isə 65 dollara yüksələcəyini istisna etmirlər.